Cənnətlə bağlı ayələr

Cənnət nemətləri

Allah İnsan surəsində buyurur ki, Cənnətdə hara baxsaq, “bir nemət və böyük bir mülk” görərik.

Orada hər tərəfə baxsan, naz-nemət və böyük bir səltənət görərsən. (İnsan surəsi, 20)

Rəhman Surəsinin 54-cü ayəsində isə belə qeyd edilir:

Astarları, ağır işlənmiş atlazdan yataqlar üzərində yaslanarlar. (Rəhman surəsi, 54)

İncə detallar insanların xoşuna gələr. Məsələn, bu dünyada belə divanın kənarında bəzi detallar, naxışlar mövcuddur. İnsanda qızıla qarşı daxili ehtiyac, bir instinkt var. Biz onu heyrət və ibrətlə izləyirik. Bir çox qiymətli metal var, lakin qızıl fərqlidir. O bizi həyəcanlandırar, bu, Cənnətdən qalma bir instinktdir. İnsanlar qızıla qarşı maraq duyar.

Parçadakı detal, ayədə qeyd olunduğu kimi, “ağır işlənmiş atlazdandır.” Keyfiyyətli parça xoşumuza gəlir. Ağır işlənmiş. “Yataqlar üzərində yaslanırlar.” Halbuki insan istəsə havada dayana bilər, yuxu ehtiyacı da yoxdur, lakin dünyada öyrəndiyimiz o yorğunluq instinkti artıq canımıza işləmiş kimi olacaq. Durduğu yerdə yaslanır. İstəsə milyonlarla il ayaqda dayana bilər, yorulmaz. Amma mütləq yaslanır. Bu, instinktdir.

(Cənnət əhli) astarları atlazdan olan döşəklərə söykənəcəklər. Hər iki cənnətin meyvələri (dərə bilmələri üçün onlara) yaxın olacaqdır. (Rəhman surəsi, 54)

Ayədə bildirilir ki, “İki cənnətin də meyvə yığımı oradakılara yaxın və asandır.” Meyvə ağaclarında həmişə problem odur ki, kim o ağaca çıxacaq? Düşmə təhlükəsi var və sairə. İnsan elə ağaca bir həsrətlə baxar. Amma yaxın budaq olsa əla olar. Məsələn, meyvəni dərməyin asan olması insanın çox xoşuna gəlir.

Məhəmməd surəsinin 15-ci ayəsində buyurulur:

Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan çaylar vardır… (Məhəmməd surəsi, 15)

Allah dünyanın acizliyini göstərir. “Orada xarab olmayan sudan çaylar.” Məsələn, çay suyuna girirsən, bulanıqdır. Su içmək istəsən, içə bilməzsən. Çirklidir, yəni. Heç bir çayın suyu təmiz olmur. “Xarab olmayan sudan çaylar” deyir ayədə. Büllur kimi, istədiyin kimi iç, istədiyin kimi yuyun, istədiyin kimi üz.

“Dadı dəyişməyən süddən çaylar.” Məsələn, süd tez xarab olur. Orada elə bir şey yoxdur. Və sənə zərər vermir o süd, istədiyin qədər içirsən. Burada o qədər süd içə bilməzsən. Yəni 1 litr belə içmiş olsa, insan narahat olar.

“İçənlərə ləzzət verən şərabdan çaylar.” Yəni artıq çay kimi axır. İnsan o qədər bol içir, ondan istifadə edir ki, amma bildiyimiz şərab deyil o. Şərabın dadı pisdir. Cənnət şərabı xüsusi bir içkidir. Yəni həm doya-doya içir, həm də içində üzür. Elə bir gözəllikdir, görünüşü də çox gözəldir.

“Süzmə baldan çaylar.” Bu da şirin bir su, amma bizim bilmədiyimiz bir su. Yəni bildiyimiz bal deyil bu. Cənnət balı ayrı bir şeydir. Bunları ancaq axirətdə görəcəyik. Bunların xüsusi dadları var, xüsusi rəngləri var. Amma insan içinə girir.

“Orada onlar üçün hər cür meyvə vardır.” deyilir. Bildiyimiz bütün meyvələr var, bu dünyada tanıdığımız hər cür meyvə var. “Rəbbi tərəfindən məğfirət vardır”. Allahın xüsusi lütfü, Allahın xüsusi ikramları, xüsusi olaraq Allahın təcəlli etməsi ən başda, ən çox zövq alınandır.

İkisində də iki axar bulaq vardır. (Rəhman surəsi, 50)

Bulaq insanın çox xoşuna gəlir, fasiləsiz axan bulaq. Məsələn, əvvəllər elə çeşmələr vardı. İnsanlar ona doymaz. Daima axması çox zövqlüdür.

Şübhəsiz, müttəqilər cənnətlərdə və bulaq başlarında olacaqlar. (Hicr surəsi, 45)

İnsanlar bulaq başını çox sevirlər. Zatən Cənnətdə iki yer var. Biri normal işıq aydınlığı, biri də yüngül kölgəli yerlər var. Hansından xoşlanırlarsa. Bulaq başı söhbət etmək üçündür. Məsələn, indi biz yolda gəlirik, hər insanın məsələn bir bulaq başı arzusu vardır.

Bir bulaq ki, “səlsebil” adlanır. (İnsan surəsi, 18)

Yəni davamlı axan, ödənişsiz olan. Allah “çeşid-çeşid incəliklərə və gözəlliklərə sahibdirlər” buyurur. İncəlik və gözəllik, incəlik insanın çox xoşuna gəlir. Məsələn, üzük aldığın zaman, onda çox incə detallar olur, buna görə çox zövq alırsan. Məsələn, saatda çox incə detallar olur, çox incə yazılar olur. Daşı çox gözəl olur, o insana çox zövq verir. Onun üçün Allah detallardan bəhs edir.

“Cənnətdə hər yer yaşıldır” deyir Allah. Yəni uzaqdan baxdıqda sıx bir yaşıllıq hökmranlığı görülər. Cənnətin əsas xüsusiyyəti odur. Yəni əsas rəng odur, yaşıldır, Cənnət yaşıllığı.

İman edib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tər-təmiz zövcə vardır. Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik. (Nisa surəsi, 57)

“Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik”. Nə isti, nə soyuq, tam bəyənilən kölgəliklər olacaq. “Orada onlar üçün tər-təmiz zövcə vardır.” Tər-təmiz niyə? Məsələn, insan burada aciz içindədir. Hamamda çimməzsə, təmiz olmaz. Bütün bədəninə qulluq edər. O zaman normal halına gəlir. Xüsusi olaraq Allah tərəfindən acizlik meydana gətirilir, dünyanı sevməməyimiz üçün. Möminlər tahir olurlar. Daima təmiz qalırlar. Kirli hala gəlməyi də təmin edən Allahdır.

Təmizləyən də, təmizlətdirən də Allahdır. Xüsusi olaraq göstərir ki, dünyanı sevməyək, acizliyi görək. Axirətə getmək üçün şiddətlə bir istək olsun. Yoxsa bunlar olmazsa, dünyaya bağlanma ehtirası çox yüksək olardı, çox əzab çəkərdi insanlar. Dünyadan getmək istəməzdilər. Cənnətin müjdəsi olduğu halda bir çox insan getmək istəməzdi. Amma indi hamı getmək istəyir.

Şübhəsiz ki, iman edib yaxşı işlər görənləri içində əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnət yüksək köşklərinə yerləşdirəcəyik. Yaxşı əməl edənlərin mükafatı necə də gözəldir! (Ənkəbut surəsi, 58)

“Altından çaylar axan cənnət yüksək köşklərinə yerləşdirəcəyik.” Üst-üstə köşklər, qat-qat. Diqqət etsəniz, ən keyfiyyətli evlər, ən zəngin evlər çox yüksəkdir. Çox yüksək, dənizə, mənzərəyə baxan. Evin içində su olur, axan sular olur. Əslində insanlar yüksəkdən qorxa bilər. Amma yüksəyi sevdirmiş Allah. Yüksəyin xüsusi bir həyəcanı var.

Məsələn, detalın xüsusi bir həyəcanı var. İnsanlarda o Cənnət instinktinə görə ev tikirlər dünyada zatən. Haradan bunu öyrəndin soruşsan, bilməz. Xoşuma gəlir onun üçün bu cür edirəm deyir. Məsələn, evin içinə hovuz düzəldir. Cənnət xüsusiyyətidir. İnsan suyu sevəcək şəkildə yaradılmışdır. Hovuzdan qorxa bilər eyni zamanda, amma Allah hovuzu sevdirmiş.

Vaqiə Surəsinin 15-ci ayəsində buyurulur:

Onlar bəzədilmiş taxtlarda əyləşəcəklər. (Vaqiə surəsi, 15)

Baxın, “bəzədilmiş.” Axı Cənnətdə həyat təkamüllə olurdu? Axı təkamül vardı? Taxtı kim yaradır? Təkamüllə olur? Yoxsa Allah yaradır? Dünyadakı mebelləri kim yaradır? Onu da Allah edir. Onu dülgər edir deyirlər. Əslində isə Allah yaradır. İkisini də Allah edir. Dülgər sadəcə səbəbdir. Yəni elə bir məntiq verilir. Yoxsa hər mebeli Allah yaradır. Hər evi Allah yaradır. Cənnətdə də eyni sistem vardır.

Saffat Surəsinin 44-cü ayəsində buyurulur:

Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər. (Saffat surəsi, 44)

(Cənnət əhli) astarları atlazdan olan döşəklərə söykənəcəklər. Hər iki cənnətin meyvələri (dərə bilmələri üçün onlara) yaxın olacaqdır. (Rəhman surəsi, 54)

Rəhman surəsinin 76-cı ayəsində isə belə buyurulur:

(Cənnət əhli) yaşıl mütəkkələrə və gözəl naxışlı döşəkcələrə söykənəcəklər. (Rəhman surəsi, 76)

Cənnət yataqları çox gözəldir. Parçaları da, naxışları da yəni göz oxşayır. Məsələn, hər kəsin sarayı vardır, özünə aid sarayı. Yetmiş otaq olur. Yetmiş otaqdan hər hansı birinə girir. Yenə yetmiş otaq daha var, bir otağın içində. İnsanın ağlı almır. “Bu nə qədər böyük məkandır belə?” İstədiyi yerə istədiyi an, anında çatır. Bədiüzzaman deyir: “İşıq sürətindən daha yüksəkdir, xəyal sürəti.” Yəni düşündüyü an dərhal meydana gəlir.

Onlara möhürlü qablardakı xalis şərabdan içirdiləcəkdir. Onun sonu müşkdür (içildikdən sonra müşk qoxusu verər). Qoy yarışanlar bunun üçün yarışsınlar! (Mutaffifin surəsi, 25-26)

Mutaffifin surəsinin 25-ci ayəsində buyurulur: “…möhürlü qablardakı xalis şərabdan içirdiləcəkdir.” Və 26-cı ayədə: “Ki onun sonu müşkdür.” Xüsusi şüşələrdə gəlir. Şüşələrin üstündə möhürlər var. Yəni bəzək var. İndiki şərablarda hal-hazırda edilir bu, üstündə bəzəklər, yazılar, möhür olur.

“Möhürlü qablardakı xalis şərabdan içirdiləcəkdir. Onun sonu müşkdür.” Möhürlü, xüsusi olaraq üzərində bəzək var. Amma “Ağlı almaz” deyir Allah. Acı deyil. Narahat edici deyil. Zövq verən bir şərab. Nəbə surəsinin 34-cü ayəsində “Dopdolu qədəhlər”dən bəhs edilir. Hurilər və qılmanların gətirdiyi. Məsələn, insan bir stəkan su belə içsə, yetərli olur. Çay, bir neçə stəkan içir, bitir. Orada axşama qədər davam edir. Heç bir şəkildə bədənində narahatlıq meydana gətirməz.

Yəni cənnətdə ton hesabı ilə yemək yeyir, bədənindən atılması isə yüngül, çox gözəl qoxulu bir tər surətində olur. Amma müşk qoxusu şəklində bir tər. Fizika qanunları alt-üst olmuş olur. Tamamilə tərsinə.

Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir – (Saffat surəsi, 42)

Saffat surəsinin 42-ci ayəsində “Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir” buyurulur. Yəni ikram edirlər hurilər, qılmanlar.

Onların ətrafında çeşmədən doldurulmuş qədəhlər dolandırılacaqdır. (Saffat surəsi, 45)

45-ci ayədə isə “çeşmədən doldurulmuş qədəhlər dolandırılacaqdır” deyilir. Ofisiantlar tərzində qılmanlar, hurilər nimçələrlə gəzir və cənnət əhlinə xidmət edirlər. Möminlər orada Cənnət yemişlərindən yeyir. Cənnət içkilərindən içir. Söhbətə davam edirlər. Onlar da yorulmaz. Yeyənlər də yorulmaz. Yorulma yoxdur.

Həqiqətən, Biz onları yenidən başqa bir gözəllikdə yaradacağıq. (Vaqiə surəsi, 35)

“Biz onları yenidən başqa bir gözəllikdə yaradacağıq.” Yeni, fərqli. Alışılmamış. Fizika qanunları fərqli, bütün sistem. Amma çox normal gələcək hər kəsə.

Ərini sevən həmyaşıd qadınlar. (Vaqiə surəsi, 37)

Vaqiə surəsinin 37-ci ayəsində isə “Ərini sevən həmyaşıd qadınlar” buyurulur. Ərlərinə sevgiylə bağlıdırlar. Və həmişə həmyaşıd, hər kəs həmyaşıddır. Bu dünyada Allah xüsusilə gənclik və yaşlılıq verir. Möcüzə olaraq. Məsələn, uşaqlığında ayrı, iyirmi yaşında ayrı, qırx yaşında ayrı, altmış yaşında bir-birinə heç bənzəmir. Möcüzədir bu, Allah dəyişdirir.

Normal olansa bir dəfə, bir şəkil alıb onun həmişəlik qalmasıdır. Cənnət normal həyatdır əslində. Bu dünyadakılar xəyaldır. Məsələn, orada heç bir dəyişiklik yoxdur. Doğru olan budur.

Onların yanında baxışlarını yalnız ərlərinə dikmiş gözəl gözlü qadınlar vardır. (Saffat surəsi, 48)

Saffat surəsinin 48-ci ayəsində isə “…baxışlarını yalnız ərlərinə dikmiş gözəl gözlü qadınlar vardır” deyilir. Qadının baxışının çox əhəmiyyətli olduğuna Allah diqqət çəkmiş olur. Mənasız baxan bir qadın heç bir şəkildə gözəl ola bilməz. Mənasız baxan bir kişi heç bir şəkildə qadına təsirli gəlməz. Mütləq baxışının təsirli, dərin və ağıllı olması lazımdır. İmanlı bir baxışa sahib olması lazımdır. Allah oraya təsirlənmənin açarını qoymuşdur.

“Baxışlarını yalnız ərlərinə dikmiş gözəl gözlü.” “İri gözlünün” mənası böyük göz demək deyil. Mənalı baxan, yəni gözlərini, mənasızlaşmamış, dərin baxan. Bu mənadadır. Və ərlərinə çevirmə də iffət mənasıdır. Hər kəsə elə baxırsa, zatən bir mənası yoxdur. Sevdiyinə elə baxırsa bir mənası olar.