Cənnətə kimlər gedir?

… Allah onların qəlbinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsl nicat tapanlar Allahın tərəfdarlarıdır. (Mücadilə surəsi, 22)

Yuxarıdakı ayədə Allahın cənnəti vəd etdiyi möminlərin digər bəzi xüsusiyyətləri Quranda belə bildirilmişdir

İman gətirib yaxşı işlər görənlər (Bəqərə surəsi, 25)

Allahdan qorxub pis əməllərdən çəkinənlər (Ali İmran surəsi, 15)

Qəzəblərini boğanlar (Ali İmran surəsi, 134)

Etdikləri əməllərdə (günahlarda) bilə-bilə israr etməyənlər (Ali İmran surəsi, 135)

Allaha və Onun Elçisinə itaət edənlər (Nisa surəsi, 13)

Namaz qılan, zəkat verən, elçilərə inanıb, onlara yardım edənlər (Maidə surəsi, 12)

Doğru danışanlar (Maidə surəsi, 119)

Yaxşı işlər görənlər (Yunis surəsi, 26)

Rəbbinə qəlbən boyun əyənlər (Hud surəsi, 23)

Əmanətlərinə və verdikləri sözlərə riayət edənlər (Muminun surəsi, 8)

Tövbə edənlər (Məryəm surəsi, 60)

Namazlarında daim olanlar (Muminun surəsi, 9)

Xeyirlərdə yarışanlar (Fatir surəsi, 32)

Təqva sahibi olanlar (Məhəmməd surəsi, 15)

Qəlbən Allaha yönəlib boyun əyənlər (Qaf surəsi, 32)

Görmədiyi halda Rəhman olan Allahdan qorxan və Allaha yönələnlər (Qaf surəsi, 33)