Cənnətdəki nemətlər

Allah Quranda Cənnəti təsvir edən ayələrlə dünya ilə müqayisə edilməyəcək bir nemət üfüqü açır

Allah Quranda Cənnəti təsvir edən ayələrlə dünya ilə müqayisə edilməyəcək bir nemət üfüqü açır. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır.” (Qaf surəsi, 35) ayəsi ilə Cənnətdəki nemət bolluğu xəbər verilir.

Allah insanları hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq şəkildə yaratmışdır. Bu səbəbdən, insan həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə çatmaq üçün cəhd edir. Daima gözəllik və nemət axtarır. Ancaq bunu nə qədər çox istəsə də, bunun üçün nə qədər çox səy göstərsə də, dünya həyatında heç vaxt axtardığı mükəmməllik ilə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və əksik yaratmışdır.

Əlbəttə, Allahın belə yaratmasında bir çox hikmət var. Çünki “O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hakimdir.” (Həşr surəsi, 24) ayəsində bildirildiyi kimi, Allahın yaratması qüsursuzdur. Rəbbimiz dilədiyi hər şeyi yaratmağa qadir olandır. Bu səbəbdən, dünya həyatındakı bütün əksikliklərin bir məqsədi var. Bunlardan biri də Cənnətin varlığını qavramaq və bunun üçün səmimi səy göstərməkdən ibarətdir.

Allah insanın fitrətini ancaq Cənnətdə rahat edə biləcəyi və nəfsinin istəklərini ancaq orada ödəyə biləcəyi şəkildə yaratmışdır. Quranın bir çox ayəsində bu həqiqət açıqlanmışdır. Buna görə, insan əsl həyatını Cənnətdə yaşayacağını əsla unutmamalıdır. Bu mövzudakı Quran ayələrindən bəziləri belədir:

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. (Ali İmran surəsi, 133)

Cənnət gözəlliklər yurdudur. Cənnətin hər yeri gözəldir. Çeşmələri, bağçaları, yastıqları. Allah yastıqların belə naxışlı olduğunu deyir. Yataqları atlasdandır. Hər yeri bir-birindən gözəldir. Biz gözəlliyə, Allahın gözəlliklərinə, təcəllisinə aşiq olacağıq. Allaha aşiq olacağıq.

Cənnətdə yeni rənglər var, yeni səslər var, yeni notlar var, yeni zövqlər var. İnsanların çox xoşlarına gələcək rəngləri, hissləri daha fərqli olacaq, yeni dadlar olacaq. Heç bilmədikləri yeni dadlar dadacaqlar, İnşaAllah.

Cənnət huriləri, qılmanları və vildanları möminlərə xidmət edəcəklər. Onlar oranın bəzəyi, yaraşığıdır. Yəni gənc və gözəl qadınlar (hurilər) (Tur surəsi, 20, Duxan surəsi, 54), gözəl və kiçik uşaqlar (vildanlar), gənc və gözəl cavan oğlanlar (qılmanlar) (Tur surəsi, 24, Vaqiə surəsi, 17, İnsan surəsi, 19). Bunlar müsəlmanlara xidmət edirlər. Hamısı Allahın yaratdığı xüsusi varlıqlardır.

Cənnət əhli peyğəmbərlərlə söhbət edəcək. Cənnətin bir gözəlliyi də budur, yəni qarşılıqlı söhbət etmək. Möminin dünyada zövq aldığı hər şey Cənnətdə də yaradılacaq. Burada dünyada sevdiyi heyvanları varsa, xoşladığı şeylər varsa, onlar orada yenidən canlanacaq. Onları sevəcək, onlarla birlikdə olacaq. Xoşuna gələn nə varsa. Məsələn, texniki alətlərdən xoşlanırsa, onlar yaradılacaq. Avtomobildən xoşlanırsa, avtomobil. Təyyarədən xoşlanırsa, təyyarə.

Axirət Cənnət əhli üçün çox möhtəşəm, gözəl sevgi yurdudur. Doya-doya sevgini yaşayacağımız, söhbət edəcəyimiz bir yerdir. Möminlər Cənnət nemətlərdən sərhədsiz faydalanacaqlar. Məsələn, dünyada yemək yeyirik, tez doyuruq. Orada elə deyil. İstədiyin qədər yeyərsən. Nə qədər yesən də çəkin artmaz. Xolesterol problemi də yoxdur. Heç bir şey yoxdur, yuxun gəlməz, yorulmazsan.

Cənnətdə möminlər üçün bütün nemətlərin əsli yaradılacaq. Suları gözəldir, hər şeyi xoş ətirlidir. Məsələn, qoxu dalğaları gəlir. Məsələn, bir gün gül, bir gün qərənfil qoxusu kimi. Amma daha mükəmməl olacaq. Möminlər Cənnətdə ağıllarından keçən hər şeyə qovuşacaqlar. İnsanların xoşuna gələn kiçik çaylar olacaq, su arxları olacaq. Çox gözəl evlər olacaq. Amma həddindən artıq gözəl evlər, həddindən artıq gözəl paltarlar olacaq. Həddindən artıq gözəl yeməklər olacaq və hər cür texniki alət, yəni bizim bildiyimiz hər şeyə, ağlımızdan keçən hər şeyə qovuşma imkanımız var.

Çünki Quranda bu açıq şəkildə bildirilir. “… Orada onların ürəklərinin istədikləri hər şey var”, – deyir Allah (Nəhl surəsi, 31). Yəni bizim xəyal etməyimiz kifayət edəcək.

Cənnət əhlində qüsur və acizlik əlaməti olmayacaq. Cənnət qadınları da çox gözəldir. İnsanın acizliyinə aid heç bir şey yoxdur. İnsana aid acizliklər məqsədli şəkildə verilir dünyada. Qadınlarda və kişilərdə heç bir qüsur, əksiklik və acizlik əlaməti olmayacaq və sonsuza qədər bu belədir.

Cənnətdə çirklənmə, tozlanma yoxdur. Toz möcüzədir. Tozun hər bir dənəsi belə möcüzədir. Xüsusi yaradılır. Əşya xüsusi olaraq köhnəldilir. İnsan yaşlanır. Cənnətdə yaşlanma yoxdur. O da möcüzədir. Çirklənmə yoxdur. İnsan bir dəfə təmiz olaraq Cənnətə girəcək. Təmiz olacaq və sonsuza qədər bir daha çirklənməz. Yəni bədənində heç bir ifrazat meydana gəlməz. Gözyaşı ifrazatı daxil olmaqla, heç bir ifrazat meydana gəlməz. Sonsuza qədər bu, belədir. İnsan bu dünyada çox acizdir. Təpədən-dırnağa insanın acizliyini hər kəs bilir. Bu acizliyin heç biri yoxdur Cənnətdə. Acizlik xüsusi olaraq yaradılmışdır dünyada. Dünya sevgisinin olmaması üçün xüsusi yaradılmışdır.

Cənnətdə Allahdan bir rəhmət olaraq bezmə və yorulma yoxdur. İnsanlar gecə yuxuları gəlir. Cənnətdə yorğunluğun olmadığını ayədə deyir. Kədərin də toxunmayacağını deyir (Fatir surəsi, 32-35). Ən çox xoşlanılan şeylər peyğəmbərlərlə edilən söhbətlərdir. Cənnətdəki gəzintilərdir. Cənnətdə çox çay var. Kiçik çaylar… “Ağacları altından çaylar axar”, – deyə bildirilir (Nisa surəsi, 57) ayədə. İnsanlar suyu çox sevdikləri üçün Cənnətdə hər yerdə belə çaylar var. Məsələn, axan çeşmələr var, insanların xoşuna gəldiyi üçündür bu.

“…Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – (deyiləcək). Bu, böyük uğurdur. (Hədid surəsi, 12)

Belə dediklərinə görə də Allah onları (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur. (Maidə surəsi, 85)