Cənnət, möminlərə dünyada etdikləri saleh əməllərin və göstərdikləri gözəl əxlaqın qarşılığı olaraq Allah tərəfindən verilən bir nemətdir. Ayələrdə, maddi baxımdan hər cür gözəlliyin təqdim olunduğu cənnətdə, insanlara əziyyət verən heç bir şeyin olmadığı da bildirilir.
Cənnətdə: • hər cəhətdən təhlükəsizlik vardır, • kin və nifrət yoxdur, • boş söz və yalan yoxdur, • yorğunluq və bezginlik yoxdur, • qorxu və kədər yoxdur, • gözəl simalı və xoşxasiyyətli insanlar vardır, • yaşlanma yoxdur, hər kəs eyni yaşdadır, • insanın hər cəhətdən məmnun qalacağı bir mühit mövcuddur.
Əlbəttə, burada sadalananlar cənnətdəki əmin-amanlıq və hüzur mühitini təsvir edən bir neçə nümunədir. Allah bir ayədə inkarçıların cəhənnəmdə təsvirolunmaz bir əzab çəkdikləri halda, möminlərin cənnətdə son dərəcə böyük maddi və mənəvi rahatlıq içində olacaqlarını belə xəbər verir:
Qazandıqları günahların cəzası zalımlara tətbiq olunarkən onların qorxudan titrədiklərini görərsən. İman edib yaxşı işlər görənlər isə cənnət bağlarında olacaqlar. Rəbbi yanında onlar üçün istədikləri hər şey vardır. Əsil böyük lütf budur. (Şura surəsi, 22)

