Quranda verilən təsvirlərdən, cənnətdə də yaşadığımız dünya həyatına bənzər bir həyatın mövcud olduğu aydın olur. Ayələrdə cənnətdəki məkanlar təsvir edilir, bu məkanlardakı möhtəşəm mebellərdən, göz oxşayan gözəllikdə olan əşyalardan bəhs olunur. Bundan əlavə, istifadə edilən bəzək əşyalarından, cənnətdəki geyimlərdən, qida və içkilərdən də nümunələr verilir. Dünyadakılara bənzər şəkildə təsvir edilən bu gözəlliklərin hər birində cənnətdə mövcud olan əzəmət və cazibədarlıq vurğulanır. Bu təsvirlərlə yanaşı, cənnətdə insanın ağlına gələ biləcək hər şeyin, hətta ağlına gəlməyən nemətlərin də bəxş ediləcəyi bildirilir. Dünya həyatı ilə cənnət həyatı arasındakı ən mühüm fərq isə, şübhəsiz ki, dünyadakı bütün nöqsanların cənnətdə mövcud olmamasıdır.
Ayələrdə cənnətdə mövcud olduğu bildirilən incəlik və gözəlliklərdən bəziləri bunlardır: • Böyük bir mülk və əzəmət, • Uca saraylar və köşklər, • Yüksəklərdə qurulmuş taxtlar, • Atlazdan və ipəkdən hazırlanmış ən gözəl geyimlər, • Qızıldan və gümüşdən bilərziklər, ləl-cəvahirat və incilər, • Altından çaylar axan məkanlar, • Nə isti, nə də soyuq olan, tam uyğun kölgəliklər, • Qızıl sinilər və qədəhlər, • Astarları zərif naxışlarla işlənmiş atlaz döşəklər, • Yaşıl yastıqlar və gözəl naxışlı döşəkcələr, • Dadı dəyişməyən süddən və süzmə baldan çaylar, • Gümüşdən büllur qablar və daha bir çox nemətlər…
Göründüyü kimi, cənnət insanın ən böyük zövqləri yaşaya biləcəyi, fövqəladə qüsursuzluğa malik bir məkandır. Allah cənnətdəki əzəməti bir ayədə belə bildirir:
Orada hara baxsan, çoxlu naz-nemət və böyük bir səltənət görərsən. (İnsan surəsi, 20)

