Cənnətdə cinsi həyat

Yasin surəsi, 55-ci ayə

Yasin surəsi, 55-ci ayə. “Həqiqətən cənnətliklər bu gün nemətlər içində səfa sürərlər”. Yəni həyat yoldaşları ilə sevişmələrindən, bir-birlərini sevmələrindən bəhs edilir. Ayənin şərhi budur. “Bu gün nemətlər içində səfa sürərlər”. Amma Allah Quranda açıq-aydın şəkildə söyləmir.

Quranın bir ağırlığı var. Allah bu cür şeyləri çox nəzakətli bir üslubla açıqlayar. Məsələn, Allah: “Qadınlar sizin tarlanızdır, istədiyiniz kimi onlara yaxınlaşın” deyər. Bu ifadə onlarla azad, sərbəst şəkildə sevişə bilərlər mənasındadır. Amma Quran çox nəzakətli bir üslubdan istifadə edər. Məsələn; “o gün onlar hündür köşklərdə, uca cənnətlərdəki çadırlar içində və döşəklərdədirlər” deyir, yəni həyat yoldaşları ilə birlikdə.

Ayədə: “Bu gün nemətlər içində səfa sürərlər” deyir. Bu qədər, bu Quranın şərhidir. Məsələn, Allah: “Sinələri yeni əmələ gəlmiş və bakirələr olaraq” deyir. Bakirə nə deməkdir?. Cinsi əlaqəyə girməmiş qadın deməkdir. “Bakirələr olaraq” deyir. “Həyat yoldaşları daim bakirə gözəlliyinə sahibdir” deyir. Deməli, bir cinsi əlaqə var. Bu açıq-aydın ifadə edilir. Çünki, bakirəlik ifadəsinin istifadə edilməsi açıq-aydın şəkildə bunu göstərir.

Məsələn; “sinələri yeni əmələ gəlmişdir” deyir. “Bədənləri yumurta kimi hamardır” deyir. Allah çox düzgün olduğunu söyləyir. “Həmyaşıd və gümrahdırlar” deyir. “Və həyat yoldaşlarını ehtirasla sevirlər” deyir. “Gözlərini yalnız yoldaşlarına zilləmişdirlər” deyir. Bunu bilməyən adamlar cənnətdəki cinsi əlaqəni pis qarşılayır. Tam fərqli bir düşüncəyə sahib olduqları üçün, sevgisiz yaxınlaşdıqları üçün sevişmənin adından da göründüyü kimi bir sevgi nümayişi olduğunu bilmirlər. Onu ədəbsiz və pis bir hərəkət kimi qarşılayır. Sevişmə, adından da göründüyü kimi sevmənin ən pik nöqtəsidir. Güclü ehtirası beş duyğu orqanı ilə yaşamağın bir yoludur. Cənnətdəki sevişmə beş duyğu ilə baş tutacaqdır.

Kəhf surəsi, 31-ci ayədə: “Məhz onlar üçün ağacları altından çaylar axan Ədn cənnətləri hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və zərxaradan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl dayaqdır!”. Orada, “erike”nin üstündə dayanmış olaraq deyir. Erike gəlin otağı üçün hazırlanmış taxta deyilir. Erike gəlin ilə bəyin görüşdüyü taxtın adıdır. Yəni gərdək otağındakı yatağı ifadə etmək üçün erike sözündən istifadə edilir. “Erike, gəlin otağı üçün hazırlanmış üstünə milçəkkən çəkilmiş taxt və ya divana deyilir”. Ər-arvadın birlikdə olduqları yerə milçəkkən çəkilmişdir. “Orada erikeler üstündə dayanmış olaraq” deyir. Quranın ifadəsi çox aydındır.

Nəbə surəsinin 31-33-cü ayələri. “Həqiqətən, müttəqilər üçün nicat yeri vardır. Həmçinin bağlar və üzümlüklər, sinələri yeni əmələ gəlmiş həmyaşıd qızlar”. Quran qadın sinəsinin gözəlliyindən bəhs edir. Xurafatçılar da belə bir ifadə qarşısında dəhşətə düşürlər. Həmişə hiyləgərlik, murdarlıq və əxlaqsızlıq ruhu içərisində olduqları üçün, özünə halal olan insanla cinsi əlaqəyə girildiyi təqdirdə, cinsi əlaqənin təmiz və gözəl bir şey olduğunu, sevgini ən yüksək səviyyədə ifadə etmə forması olduğunu bilmirlər. Çünki, bunların düşüncəsi heyvanlarınkına bənzəyir. Bunlar heyvanlar kimi cinsi əlaqə olurlar. Heyvan ruhu ilə qiymətləndirib, cənnətdə də belə bir şeyin ola biləcəyini düşünüb “olmaz” deyirlər.

Cənnətdə nəzakətli bir sevgi, nəzakətli bir sevişmə, nəzakətli bir eşq vardır. Sözün kökünün ifadə etdiyi mənanın, yəni sinələri yeni əmələ gəlmiş deyilməsindəki məqsədin; “sinələrin nar kimi iri və dik olduğunu, aşağı sallanmış vəziyyətdə olmadığını bildirmək olduğunu” deyir. “Ərəbcədə buna nəvahid deyildiyini” söyləyir. Sinə gözəlliyi bütün qadınlar üçün əhəmiyyətlidir. Onsuz da qadınların bir çoxunda problemli bir mövzu da sinə gözəlliyidir. Allah Cənnətdə çox mükəmməl olacağını söyləyir. Xüsusən də dünyada acizlik içində olduqlarını göstərmək üçün.

Vaqiə surəsi, 37-ci ayə. “Ərini sevən, həmyaşıdlar”. Ayədə: “Urubən” sözü keçir. “Urubən sözünün mənasına gəldikdə isə, bu söz arubun cəm forması olub, həyat yoldaşları ilə söhbət edən, sevdalanan qadınlar deməkdir”. “Əl-mübərrid” sözü ərəb dilində, həyat yoldaşına aşiq olan, onunla sevişən qadın mənasındadır”.

Haram olan cinsi əlaqə isə, əlbəttə ki, fahişəlikdir, zinadır, əxlaqsızlıqdır. Amma halal olduğunda, sevginin ən yüksək ifadə formasıdır. Ən gözəl ifadə formasıdır. Allah Cənnətdə də bir-birlərinə halal olan qadınla kişinin beş hisslə bir yerdə yaşamasını təmin edəcəkdir, insanlar bir-birlərinə olan sevgilərini beş hisslə yaşayacaqdır.