O gün (neçə-neçə) üzlər nurlanacaq. Və öz Rəbbinə baxacaqdır. (Qiyamət surəsi, 22-23)
Xeyr, həmin gün onlarla (ruhsuzlar) Rəbbi arasına pərdə çəkiləcək! (Mutaffifin surəsi, 15)
- Peyğəmbərimiz meracda Rəbbimizin təcəllisini gördüyünü demişdir
Cabir İbn Abdulla peyğəmbərimizin Nəcm surəsinin 13-14-cü ayələrinin – “Onu bir daha (öz surətində) enərkən gördü – Sidr ağacının yanında” – şərhi əsasında belə buyurduğunu bildirmişdir:
“Əlbəttə, Rəbbimi gördüm, Mən Sidrətül-Müntəhada Rəbbimi gördüm. İlahi vəchinin nuru mənim üçün zahir oldu.”
- Digər hədislər:
★ İmam Rəbbani buyurmuşdur: “Allah Onun cənnətdə təcəlli etməyəcəyini deyənlərə ağıl və insaf əta etsin ki, Qurani-Kərimdə açıq-aşkar bildirilən naslara (haqqında Quranda və ya Sünnətdə məlumat olan) zidd fikirlər səsləndirməsinlər. Səhih hədisləri inkar etməsinlər. Açıq şəkildə bildirilənlərə iman gətirmək lazımdır. Bütün bunların necə olacağını yalnız Allah bilir deməlidirlər. Anlamadıqları üçün (qavramıram) deməlidirlər. Öz ağlına güvənib qavramadığı bir şeyə inanmamaq çox böyük xətadır.”
★ İmam Rəbbani Ənam surəsinin 103-cü ayəsini açıqlayarkən: “Möminlər axirətdə və cənnətdə Allahı görəcəklər”, deyə buyurmuşdur.
★ İmam Əzam buyurur ki: “Allah axirətdə görünəcəkdir”. (Fıqhı Əkbər)
★ “Möminlər axirətdə cənnətə girməzdən əvvəl də, girdikdən sonra da Allahı görəcəklər.” (Nuhbət-ül-Leali)
★ “Quranda (dünyada kor olan axirətdə də kor olar) buyurulması ruhsuzlar üçün istifadə olunmuş ifadədir. Möminlər axirətdə Allahı görəcəkdir.” (Berika)
İmam Nəvəvi buyurmuşdur ki, “Rüyət haqdır”. (Rüyət – görmək, tamaşa etmək, seyr etmək)
★ “Allah cənnətdə mömin qullarından: “Qullarım, məndən daha nə istəyirsiniz sizə verim?” deyə soruşacaq və məkandan münəzzəh olmasına baxmayaraq cənnətdə camalını göstərəcəkdir.” (Miftah-ül Cənnə)
★ Cərir İbn Abdullah əl Bəcəli belə rəvayət edir: “Rəsulullahın hüzurunda oturmuşduq. O mübarək insan bədirlənmiş Aya baxaraq belə buyurdu: “Siz Rəbbinizin hüzuruna dönəcəksiniz və bu bədirlənmiş ayı gördüyünüz kimi Onu görəcək və Onu görməkdə heç bir çətinlik və sıxıntı ilə qarşılaşmayacaqsınız.”
★ Suheybin rəvayətində belə buyurulmuşdur: “Rəsulullah: “And olsun Allaha ki, Allah o gün cənnətliklərə Onu görməkdən daha əziz bir şey verməmişdir.” (Müslim, İman: 27; İbn Mace, Mukadime: 17)
“Cənnət əhli cənnətə daxil olarkən Allah belə buyuracaqdır: “Məndən daha nə diləyirsiniz?” Onlar: “Sən bizim üzümüzü nur qılmadınmı? Cəhənnəmdən xilas edib cənnətində məskunlaşdırmadınmı? (Bundan daha gözəl nə ola bilər?) deyəcəklər. Bunun ardınca pərdə qaldırılacaq, onlara Rəbləri olan Allahı görməkdən daha əziz bir şeyin verilmədiyini dərk edəcəklər. (Böyük Hədis Külliyatı-5, səh. 415/10130]
Peyğəmbərimiz “Ey Allahın Rəsulu! Rəbbimizi görəcəyikmi?” sualına belə cavab buyurdu: “Ay işığına qərq olmuş buludsuz gecədə bədirlənmiş ayı görmək üçün bir-birinizlə mübarizə aparırsınızmı?” sualına onlar “Xeyr” deyə cavab verdilər. “Aydınlıq səmada günəşi görmək üçün bir-birinizə əziyyət verirsinizmi?” deyə soruşduqda, yenə də “Xeyr” cavabı səsləndi. “Rəbbinizi də heç bir çətinlik və əziyyət çəkmədən aydın şəkildə görəcəksiniz” (Böyük Hədis Külliyatı-5, səh. 416/10133]
…Ədn cənnətində, cənnətliklərlə Rəbləri arasında Allahın vəchindəki (üzündəki) ridaul-kibriyadan (böyüklük pərdəsindən) başqa bir şey yoxdur. (Buxari, Müslim, Tirmizi, Cənnət 3, 2530]
Cənnət əhli Allahın hüzuruna iki dəfə girər… Onlardan hər biri o məclisdə əməllərinə uyğun olaraq inci, yaqut, zümrüd, qızıl və gümüşdən minbərlər üstündə əyləşərlər. Gözləri heç vaxt belə aydın görməmişdir. Rəblərinə qovuşacaqları növbəti günü ümidlə gözləyərək yerlərinə geri qayıdarlar. (Ramuz əl-hədis-1, səh. 120/3]
★ Ənəs belə buyurmuşdur: “Allah: “Ey qullarım, Məndən istəyin, Mən də istədiyinizi verim” deyə buyuracaqdır. Qullar: “Sənin camalını istəyirik” deyəcəklər. Bundan sonra Allah camalının görünməyinə əngəl olan pərdələri qaldıracaq və cənnətliklər Allahın izni ilə Rəblərinin camalını bədirlənmiş ay kimi görəcəklər. Bu görüş hər kəsin mənəvi dərəcəsinə uyğun olacaqdır.”
İlahi camalı gördükdə dərhal səcdəyə qapanarlar. Allah deyər ki: “Ey qullarım, başlarınızı qaldırın. İndi səcdə və rüku zamanı deyil, Cəlal sahibi olan Allahın camalını seyr etmək vaxtıdır.” (Həmmaminin tərcüməsi)
★ Cabirdən rəvayət edildiyinə görə peyğəmbərimiz belə buyurmuşdur:
“Cənnətliklərin cənnət nemətlərinə başları qarışdığı və bu nemətlərdən böyük həzz duyduqları zaman bir nur parıldayar. Başlarını qaldırdıqda Allahın camalının təcəllisini görərlər. Allah “Salamun Aleykum, ey cənnət əhli” deyə salam verər. Ayənin mənası da məhz budur.”
Allah onlara, onlar da Allahın camalına tamaşa edərlər. Allahın camalı onları Özünə elə bağlayar ki, cənnət nemətlərindən heç birinə dönüb baxmazlar. Çünki Allahın camalını seyr etməyin verdiyi böyük zövq və həzdən cənnət nemətlərini unudarlar. Allahın camalı gözdən itənə qədər dayandıqları yerdən tərpənməzlər. Sonra Allahın camalı itsə də nuru və bərəkəti ikinci, üçüncü təcəllinin zühuruna qədər cənnətliklərin üzərində qalar. (Həmmaminin tərcüməsi)
★ Peyğəmbərimizin duası: “Allahım! Səndən ölümdən sonrakı həyatın rahatlığını, camalını seyr etməyin həzzini və Sənə qovuşmağın şövqünü istəyirik”.

