Cənnət

Cənnətdə insanın nəfsinin arzuladığı, zövq aldığı hər nemət vardır

İnsan ruhu estetikadan, simmetriyadan, gözəllikdən, təmizlikdən, nizamdan, rəng uyğunluğundan, bir sözlə, mükəmməllikdən zövq alacaq şəkildə yaradılmışdır. Necə ki, təbiətdəki bütün rənglər və görünüşlər də insanın ruhundakı bu zövqə xitab edən ən yaxşı ahəngdarlığa və gözəlliyə sahibdirlər.

İnsanlar istirahət etmək, dincəlmək üçün daima təbii gözəlliklərlə əhatələnmiş məkanları seçərlər. Yaşıllıq, meşəlik, dəniz kənarı və ya çay sahili kimi yerlərdə təmiz hava, torpaq və su ilə yaxın təmasda olmaq insanlara dinclik və xoşbəxtlik gətirər.

Günəş şüalarının, təmiz havanın daxil olmadığı, təbii gözəlliklərdən uzaq mühitlər isə adətən insanların xoşuna gəlməz.

Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək.
(Ya sin surəsi: 57-58)

İnsanın təbii gözəllik axtarmasının səbəblərindən biri, Allahın insanı cənnət gözəlliklərindən zövq alacaq şəkildə yaratmış olmasıdır. İnsan dərk etsə də, etməsə də əslində cənnət nemətlərinə qovuşmağı ümid edir. Ayələrdə cənnətin təbii gözəlliklərlə dolu olacağı belə xəbər verilir:

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan cənnətlər vardır. Bu, böyük qurtuluş və xoşbəxtlikdir. (Büruc surəsi, 11)
İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları cənnətlərə daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları nə isti, nə də soyuq tam ölçüsündə kölgəliklərdə yerləşdirəcəyik. (Nisa surəsi, 57)

Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. (Yasin surəsi, 56)

Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başındadırlar. (Mürsəlat surəsi, 41)

Onlar orada taxtlara söykənəcəklər. Orada nə (yandırıcı) günəş, nə də soyuq görərlər. (İnsan surəsi, 13)

Təhrif olunmuş İncildə də cənnətdən bəhs edilir və Qurandakı təriflərə uyğun olan “…Onları nə gün, nə də yandırıcı bir istilik vuracaq” cümləsi qeyd olunur. (Yuhannaya Gelen Esinleme, 7-ci hissə, 16)

Cənnətdəki Genişlik:
Allah Təala cənnət əhlini cənnətdə yerləşdirdiyi vaxt, geridə böyük bir məkan qalar. Allah Təala orada, hər biri, yaradıldığından yox olacağı günə qədər, dünyadan daha böyük olan, üç yüz altmış aləmi yerləşdirər. [Ramuz el-Ehadis-1, səh. 30/5]

Peyğəmbərimiz (s.ə.v)-in bu hədisində diqqət çəkdiyi kimi cənnətdə genişlik, rahatlıq vardır. Quranda cəhənnəm üçün təsvir edilən dar yerlərin, izdihamın tam əksinə cənnət böyük məkanlardan ibarətdir. Çünki insan ruhu, ətrafının açıq olmasından, rahat məkanlardan xoşlanacaq şəkildə yaradılmışdır. Quranda cənnətin genişliyindən belə bəhs edilir:

Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə qovuşmaq üçün yarışın. (Ali İmran surəsi, 133)