Cənnət necə yerdir?

Cənnət kimlər üçün hazırlanıb

Cənnət Allahı çox sevən, Allahdan qəlbən qorxan, çox səmimi olan, Quran ayələrinə tabe olan, Allahın əmrlərini yerinə yetirən, həyatını Onun rizası üçün keçirən insanların sonsuza qədər yaşayacaqları, istədikləri hər şeyə sahib olaraq xoşbəxtlik içində həyat sürəcəkləri bir yerdir. Cənnətdə insan, ağlına gələn hər cür gözəlliyə dilədiyi anda sahib ola biləcək, dilədiyini dilədiyi anda edə biləcək. İnsan nəfsinin arzu edəcəyi və zövq alacağı hər şey və daha çoxu cənnətdə mövcuddur. Ayələrdə inananların görəcəyi gözəl qarşılıq belə xəbər verilmişdir:

Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz. Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun! Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur. (Zuxruf surəsi, 68-72)