Cənnət necə yerdir?

blank

Cənnət Allahı çox sevən, Allahdan qəlbən qorxan, çox səmimi olan, Quran ayələrinə tabe olan, Allahın əmrlərini yerinə yetirən, həyatını Onun rizası üçün keçirən insanların sonsuza qədər yaşayacaqları, istədikləri hər şeyə sahib olaraq xoşbəxtlik içində həyat sürəcəkləri bir yerdir. Cənnətdə insan ağlına gələn hər cür gözəlliyə dilədiyi anda sahib ola biləcək, dilədiyini dilədiyi anda edə biləcək. İnsan nəfsinin arzu edəcəyi və zövq alacağı hər şey və daha çoxu cənnətdə mövcuddur. Ayələrdə inananların görəcəyi gözəl qarşılıq belə xəbər verilmişdir:

(O gün Allah müttəqilərə belə səslənəcəkdir:) “Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz! Ey ayələrimizə iman edib müsəlman olanlar! Zövcənizlə birlikdə sevinc içində cənnətə daxil olun!” Cənnətdə onların ətrafında qızıl sinilər və qədəhlər dolandırılacaq. Orada qəlbin istədiyi və gözlərin xoşlandığı hər şey mövcuddur. Siz orada əbədi qalacaqsınız. Varis olduğunuz bu cənnət etdiyiniz əməllərin qarşılığıdır. (Zuxruf surəsi, 68-72)

blank