Hər insan fərqli düşüncələrə sahib ola bilər. Məsələn, bir mövzunun həlli üçün 20 insan 20 fərqli fikir təklif edə bilər. Bunların hər biri əslində haqlı, doğru və ya məntiqli ola bilər. Ancaq hər kəs öz istəyinin olması üçün israr edəndə qarışıqlıq və ixtilaf çıxacaq. Bu 20 adam birlik olmaqdansa, qardaşları ilə mübahisəyə edəcək və lazım olan xeyir işlər axsayacaq.
Halbuki möminlər bir-birilərinə qarşı son dərəcə fədakar olmalı, bir-birilərini çox sevməli, həmrəylik və yardımlaşma içində olmalıdırlar. Xüsusilə, çətinlik zamanlarında, həmişəkindən çox Allahı zikr etməli, daha çox anlayışlı və yol göstərən olmalıdırlar. Çəkişmək necə güc alarsa, birlik də əksinə möminlərə güc verər. Müsəlmanlar bir-birilərinin səhvlərini, qüsurlarını araşdırmamalı, örtməli, şəfqət və mərhəmətli olmalı, bir-birilərini tamamlamalıdırlar.

