Çəhrayı Banan

Çəhrayı banan əsasən şimali və şərqi Hindistanda yetişən bu banan növü Allahın bənzərsiz rəng sənətinin nümunələrindəndir. Çəhrayı və narıncı çiçəkli bu bitkidən çəhrayı rəngli kiçik meyvələr yetişir. Münbit torpaqlarda yetişdirilən bu bitkinin əsas xüsusiyyəti soyuğadavamlı olmasıdır. Qışda kəskin soyuqlar zamanı gövdəsi qurusa da, kökləri -10 dərəcəyə qədər soyuğa davam gətirir.

Hər şeyi ən mükəmməl şəkildə var edən Allah, çəhrayı banan bitkisini də olduğu mühitə uyğun xüsusiyyətdə yaratmışdır. Allah hər şeyin hakimidir, kainatda baş verən hər şeydən xəbərdardır. Rəbbimiz bu həqiqəti bir ayədə belə bildirir.

“O, göydən yerə qədər olan bütün işləri idarə edir…” (Səcdə surəsi, 5)