Quranda bir çox ayədə cəhənnəmə girəcək insanların xüsusiyyətləri bildirilmişdir. Bu xüsusiyyətlərin bir hissəsini belə ümumiləşdirmək olar: Allaha iman etməyən, Allaha şərik qoşan, Onunla birlikdə başqa ilahlar qəbul edən, özünü ilah kimi görən (Allahı tənzih edirik), Allahdan başqa saxta ilahlar, xilaskarlar, yol göstərənlər qəbul edən, Allahın yolundan çəkindirən, Onun yolunda əyrilik axtaran, Allahın endirdiyi kitabdan bəzi həqiqətləri gizlədən və ya görməzlikdən gələn, Allahın adının xatırlanmasına mane olan, yetimin malını haqsız yerə yeyən, insanların hüquqlarına təcavüz edən, ayələri yalan sayan, sələm (faiz) yeyən, peyğəmbərləri haqsız yerə öldürən, ədaləti əmr edənləri öldürən, Allahın elçilərinə qarşı çıxan, qəsdən adam öldürən, insanların mallarını haqsızlıqla mənimsəyən, dini oyun və əyləncəyə çevirən, Allahın ayələri və elçiləri ilə lağ edən, axirətə inanmayan, yenidən dirilişi inkar edən, Allahın hüzuruna çıxacağına inanmayan, dünya həyatına qane olub yalnız onunla kifayətlənən, Allahın fərz buyurduğu ibadətləri heç bir haqlı səbəb olmadan bilərəkdən tərk edən, Allahdan layiqincə qorxmayan, namaz qılmayan, pisliyi yayan, fitnə-fəsad törədən, Allahın ayələrini təkzib edən, Allaha ibadət etməkdə təkəbbür göstərən, möminlərə iftira atan, fahişəliyi yayan, həqiqəti təhrif edib gizlədən, Allahın sərhədlərini pozan, haram buyurulmuş qidaları yeyən, ölçü və çəkidə haqsızlıq edən, təkəbbürlü, xəsis, sayğısız, eqoist, nankor, xain, lovğa, dikbaş, tərs…
Allah bildirir ki, bu xüsusiyyətləri daşıyıb ömrünün sonuna qədər bu əxlaqı davam etdirən hər inkarçı mütləq cəhənnəmə girəcək və əməllərinin qarşılığını böyük bir əzab olaraq görəcəkdir. Qaf surəsində belə buyurulur:
(Mələklərə belə əmr veriləcək:) Hər inadkar inkar edəni cəhənnəmə atın! Xeyrə mane olanı, həddi aşanı və (haqdan) şübhə edəni də! O, Allahla yanaşı özünə başqa bir ilah qəbul etmişdi. Buna görə də onu şiddətli əzabın içinə atın!” (Qaf surəsi, 24-26)

