Allah Quranda inkarçıların cəhənnəmdə oda atılacaqlarını, oddan və qatrandan olan geyimlər geyinəcəklərini bildirmişdir. (Həcc surəsi, 19). Lakin insanın cəhənnəmdə görəcəyi əzab yalnız odla məhdudlaşmır.
Cəhənnəmdə: • Dəmirdən qamçılar vardır (Həcc surəsi, 21), • İnsanlar buxovlanacaqlar (İbrahim surəsi, 49), • Zəncirlərlə sürüklənəcək və boyunlarına dəmirdən halqalar
keçiriləcəkdir (Mömin surəsi, 71), • Başlarından aşağı qaynar su töküləcəkdir (Duxan surəsi, 48), • Qatrandan libaslar geyinəcəklər (İbrahim surəsi, 50), • Əlləri boyunlarına bağlı vəziyyətdə cəhənnəmin dar yerlərinə
atılacaqlar (Furqan surəsi, 13), • Cəhənnəmin odunu və yanacağı olaraq istifadə olunacaqlar (Cin surəsi,
15; Ali-İmran surəsi, 10).
Burada sadalananlar cəhənnəmdəki əzabın çox az bir hissəsidir. Orada bir insanın dünyada zehinində canlandıra bilməyəcəyi qədər ağır əzablar mövcuddur. Yaşanan peşmanlıqla yanaşı, Allahın insanın daxilinə verdiyi mənəvi əzab isə sonsuza qədər oradakı insanların qəlbini yandıracaqdır. Quranda bu mənəvi əzaba belə diqqət çəkilir:
Sən haradan biləsən ki, Hütəmə nədir?! O, Allahın alovlandırılmış odudur. O od (yandıra-yandıra) qəlbə çatar. (Hüməzə surəsi, 5-7)

