Dünyada ikən etdikləri azğınlıqlara görə Allahın rəhmətindən uzaqlaşdırılan bu insanlara axirətdə heç bir nemət verilməyəcəkdir. Cəhənnəmdə yalnız əzab görəcək olan inkarçılar, cənnətdə möminlərə sonsuza qədər təqdim olunan nemətlərdən özlərinə bir az da olsa vermələri üçün yalvaracaqlar. (Əraf surəsi, 50).
Lakin inkarçılara haram edilən bu nemətlərin əvəzinə onlara özlərini heç vaxt doyurmayan, boğazlarını tıxayan, əzab verən və dözülməz aclıqlarını qətiyyən aradan qaldırmayan yeməklər, susuzluqlarını isə daha da artıran içkilər veriləcəkdir. Onlar özlərinə heç bir fayda verməməsinə, əksinə, əzab verməsinə baxmayaraq, sonsuza qədər bu yemək və içkilərə möhtac qalacaqlar.
Cəhənnəmdə inkarçılar üçün hazırlanmış, onlara təsviredilməz əzab və iyrənmə hissi yaşadacaq yemək və içkilər Quranda belə bildirilir: • Zəqqum ağacı (Duxan surəsi, 43-46) və zəhərli tikanlı bitki (Ğaşiyə
surəsi, 6-7) cəhənnəm yeməklərindəndir. • Qaynar su (Vaqiə surəsi, 54-55), irinli su (İbrahim surəsi, 16-17) və
qan (Haqqə surəsi, 36) cəhənnəmdəki içkilərdəndir.

