Allah ayələrdə cənnət əhli ilə cəhənnəm əhlinin bir-birini gördüyündən və aralarında keçən dialoqlardan bəhs edir. Cənnət və cəhənnəm əhlinin bir- birini görməsi cənnətdə olanlar üçün böyük bir şükür vəsiləsi, cəhənnəmdə olanlar üçün isə həsrət və peşmanlıqlarının artmasına səbəb olar. Cənnət əhlinin cəhənnəmdə olanları görməsi və aralarında keçən bəzi söhbətlər Quranda belə bildirilir:
Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım vardı. O belə deyirdi: “Sən, həqiqətən, (yenidən dirilməyə) inananlardansanmı? Biz ölüb torpaq və sür-sümük olduqdan sonra (dirildilib) haqq-hesaba çəkiləcəyikmi?” Sonra o belə deyəcək: “Siz (cəhənnəmdəki o yoldaşıma) boylanıb baxdınızmı?” O özü (həmin yoldaşına) boylanıb baxacaq və onu cəhənnəmin ortasında görəcək. O, (cəhənnəmdəki yoldaşına) belə deyəcək: “Allaha and olsun ki, sən az qala məni də məhv edəcəkdin. Əgər Rəbbimin neməti olmasaydı, həqiqətən, mən də (cəhənnəmə) gətirilənlərdən olacaqdım”. (Saffat surəsi, 51-57)
Cəhənnəm əhli cənnət əhlinə: “Suyunuzdan, yaxud Allahın sizə verdiyi ruzilərdən bizə də biraz verin!” – deyə səslənəcək. Onlar isə: “Həqiqətən, Allah bunları inkar edənlərə haram etmişdir”, – deyəcəklər. (Əraf surəsi, 50)

