Cəhənnəm inkarçıların hər cür sıxıntı, çətinlik və əzab çəkdiyi və bunların heç vaxt bitməyəcəyi bir yerdir. Quranda Cəhənnəm haqqında belə deyilir:
Şübhəsiz ki, cəhənnəm pusqudadır. O, azğınların gedəcəyi yerdir. Onlar əsrlər boyu orada qalacaqlar. Orada nə bir sərinlik tapacaq, nə də bir içki dadacaqlar. Yalnız qaynar su və irin dadacaqlar. (Etdikləri əməllərə) uyğun bir cəza olaraq! (Nəbə surəsi, 21-26)
