Hindu dinindəki üst kastalara bir çox imtiyaz təmin edib digər insanları kölə halına gətirən zorakı sosial nizam, qadınlara qarşı vəhşi əməllər və bütlərə qurban kəsmə mərasimləri, tarix boyunca Hind cəmiyyətinin bəzi kütlələrində narahatlıq meydana gətirdi. Buna görə də, bəzən Hinduizmə cavab olaraq bir çox yerli axın ortaya çıxdı. Bunlar, Hinduizmin mənfi reaksiya yaradan hissələrini kənarlaşdırdılar, bəzi hərəkətlərini qəbul etdilər və eyni zamanda yeni təlimlər də yaratdılar.
Məsələn e.ə. 6-cı əsrdə Siddharta Qautamanın qurduğu Buddizm, Hinduizmin içindən doğuldu, ancaq Hinduizmdən bir çox mövzularda fərqləndi. Qautama qurduğu bu batil dini şəkilləndirərkən kasta sistemini rədd etmiş, amma əziyyət (münzevilik) şəklində təyin olunan yeni zorakılıq sistemi nəzərdə tutmuşdu. Həmçinin Hinduizmin təməlini meydana gətirən batil qarışıq və reinkarnasiya inanışlarını da mühafizə etmişdi.
Caynizm (ya da Caynacılık, Jainizm) də Buddizm ilə eyni dövrlərdə ortaya çıxan və bu batil dinlə çox böyük bənzərliklər daşıyan axınlardan biridir.
Caynizm cəmiyyəti kastalara ayıran kasta nizamına, hindu müqəddəs mətnlərinin bəzi hissələrinə və hindu ayinlərinin böyük hissəsinə qarşı çıxan, ancaq başqa növdə batil və azğın inanışlar daşıyan dini hərəkətdir. Caynacı ənənələrin tam olaraq hansı dövrdə çıxdığı bilinmir. Ancaq araşdırmalardan bu anlayışın Hindistan cəmiyyətində əsrlərdir tətbiq olunduğu aydın olur.
Bu dinin Hindistan torpaqlarında məskun hala gəlməsi və yayılması isə e.ə. 500-cü illərdə reallaşmışdır. Keçmişdən bəri var olan bütün Caynist inanışlar, Nataputta Vardhamana ya da Mahavira adlı döyüşçü kasta mənsubu bir adam tərəfindən bu dövrdə bir yerə gətirilmiş, öz kilsəsi, rahib, rahibə və münzəviləri olan yeni din yaradılmışdır. Dövrümüzdə Caynizm Hindistanın ən qədim dinlərindən biri olaraq qəbul edilir və dünya üzərində təxminən 4 milyona qədər Caynanın olduğu qəbul edilir.
Caynizmin ən əhəmiyyətli xüsusiyyəti bütün kainatı yoxdan var edən bir Yaradıcının varlığını inkar edən, ateist din olmasıdır. Caynalar (caynistlər) kainatın sonsuz olduğuna, varlıqların bir başlanğıcı, ya da sonu olmadığına inanarlar. Onlara görə kainatdakı bütün maddələr və varlıqlar sonsuzdur, kainat isə öz kosmik qanunları ilə işləyir. Bu tərif Allahın varlığını inkar edən materialist fəlsəfənin də təməlini meydana gətirir və tarixin ən qədim düşüncələrindən biridir. XX əsrdə isə bu materialist düşüncə elmi üsullarla çürüdülmüş, maddənin sonsuzdan bəri var olduğu düşüncəsi, kainatın yoxdan var edildiyini isbat edən Böyük partlayış (Big Bang) nəzəriyyəsi ilə məhv edilmişdir.
Big Bang nəzəriyyəsi ilə kainatın bundan təxminən 15 milyard il əvvəl reallaşan böyük partlama ilə yarandığı ortaya qoyulmuşdur. Yəni kainatdakı bütün maddə yox ikən, var hala gəlmişdir. Big Bangın ortaya qoyduğu bir başqa həqiqət isə kainatın hər mərhələsinin idarəli yaradılışla şəkilləndirildiyidir. Ancaq bütün bu elmi həqiqətləri bilməyən bir insan üçün də Allahın sonsuz güc və qüdrətini görmək çox asandır.
Kainatın işləməsindəki qüsursuz nizam, təbiətdəki və heyvanlardakı bənzərsiz dizayn, insan bədənindəki mükəmməllik kimi daha bir çox detal bizlərə Allahın üstün yaratma gücünü göstərən dəlillərdəndir. Allah hər yerdədir və hər şeyi əhatə etmişdir. Bütün varlıqlar ONA boyun əymişdir. Sonsuz güc sahibi olan Rəbbimiz içində yaşadığımız bütün kainatı, yer üzündə var olan gəlmiş keçmiş bütün insanları, canlı və cansız varlıqları yoxdan var etmişdir. Allah Yasin surəsində bu şəkildə xəbər verir:
Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız. (Yasin surəsi, 77-83)
Caynizm ateist dindir, ancaq bu ateizmin içində Hinduizmdən qalan bütpərəst inanclar da var. Cayna məbədlərində, ya da evlərində bir çox hindu xəyali ilahın şəkillərini, ya da heykəllərini görmək mümkündür. Caynalar bu bütlərə hörmət nümayişləri edər, müxtəlif yeməklər, qoxular və çiçəklər təqdim edərlər. Onlara dua edər, zənginlik, uzun ömür, oğlan uşağı kimi istəklər edirlər. Bu bütlərin özlərini eşitmədiyini, görmədiyini, heç bir istəklərinə cavab verə bilməyəcəyini bir an olsun düşünməz, onlardan bir kömək görmə ümidi daşıyarlar. Halbuki Allah Quran ayələrində daşdan, taxtadan bütlərə tapınanların vəziyyətini bu şəkildə bildirir:
Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər bu heykəlin onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Buna baxmayaraq ona məbud kimi sitayiş edib zalımlardan oldular (Əraf surəsi, 148)
Məgər bu heykəlin onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?! (Taha surəsi, 89)
Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! (Əraf surəsi, 195)
Allahın varlığını inkar edən caynalar başqa cür tanrı inancına sahibdirlər: Mükəmməl insan. Ancaq bu mükəmməlliyə çatmaq üçün insanın dünya həyatında uzun təhsildən keçməsi, bütün batil ayinləri əksiksiz tətbiqi, illərcə səfil həyat sürməsi, özünə zülm etməsi, lazım olsa intihar etməsi lazımdır. Azğın Caynist inanışlara görə belə bir insan (əslində heç bir dayağı olmayan, axmaq) karma zəncirindən xilas olacaq, üstün bir mövqeyə çatıb ruhunu qurtaracaq. (Cayna sözü fateh mənasını verən Cinə sözündən gəlir. Cinə ruhi dünyanı fəth etmiş mənasında istifadə edilir.)
Caynistlər bu xəyali mövqeyə çatdığına inandıqları adama Tirthankara adını verər və onu guya bir tanrı olaraq qəbul edərlər. Bu batil dini mütləq bir həqiqət olaraq görən milyonlarla caynanın məqsədi isə bu mövqeyə çatmaqdır. Günümüzə qədər 24 Tirthankaranın gəlib keçdiyinə, Caynizmin qurucusu qəbul edilən Mahaviranın isə 24-cü Tirthankara olduğuna inanarlar. Cayna dinində Tirthankaralar hər şeyin üstündədirlər. Ayinləri əsnasında onlara hörmət nümayişləri edirlər.
Halbuki bir insanı ilah olaraq görmək (Allahı tənzih edərik), bu adama tapınmaq, dua edərək mədət ümid etmək Allaha şirk qoşmaq deməkdir. Əvvəlki hissələrdə də detallı olaraq izah etdiyimiz kimi şirk Allahın bağışlamayacağını bildirdiyi çox böyük bir günahdır. Rəbbimiz Özündən başqa varlıqları büt edən insanların vəziyyətini bir Quran ayəsində bu şəkildə bildirir:
Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər. (Furqan surəsi, 3)

