Casiyə Surəsi, 24-26-cü Ayələr

Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı dirildib gətirin!”– deməkdən başqa bir şey deyildir. De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi gələcəyinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü dirildib bir yerə toplayacaqdır”. Lakin insanların çoxu bunu bilmir. (Casiyə surəsi, 24-26)