Xeyr, izah edilə bilməz. Canlılardakı göz, qulaq kimi çoxsaylı hissədən ibarət kompleks sistemlər ancaq bütün parçaları əskiksiz şəkildə bir yerdə olduqda fəaliyyət göstərə bilirlər. Məsələn, gözün görə bilməsi üçün onu təşkil edən 40-a yaxın orqanoidin bir yerdə olması zəruridir. Bunlardan bircə dənəsi, məsələn, gözün torlu qişası və ya göz yaşı vəziləri olmazsa, göz görə bilməz. Beləliklə, buradan çıxan nəticə odur ki, bu cür sistemlərin bütün hissələri eyni anda mövcud olmalıdır. Bu da təkamülün keçərsizliyini bir daha ortaya qoyur.
Bəs kompleks bir quruluşun bir anda mövcud olmasının mənası nədir? Şübhəsiz ki, bir çox hissənin eyni anda, eyni yerdə meydana gəlməsi ancaq xüsusi bir yaradılışın nəticəsi ola bilər.

