Canlılardakı fədakarlıq və buna bənzər davranışların təkamül nəzəriyyəsi üçün mühüm və həll olunmamış problem olmasının əsas səbəbi nədir?

Canlılardakı fədakarlıq və əməkdaşlığa əsaslanan davranışlar təkamül nəzəriyyəsinin əsassızlığını açıq şəkildə ortaya qoyur. Bunun əsas səbəbi nəzəriyyənin banisi olan Darvinin iddialarını əsaslandırdığı mexanizmdir. Təkamül nəzəriyyəsinin əsas iddialarından biri olan təbii seçmə mexanizminə görə, canlılar arasında mühitə ən yaxşı uyğunlaşanlar həyatda qalır, zəif olanlar və ətraf mühitin şərtlərinə uyğunlaşa bilməyənlər isə sıradan çıxırlar. Bu yanaşma canlılar arasında yardımlaşmanı deyil, rəqabətin hökm sürməsini tələb edir. Halbuki təbiətə baxdıqda, təkamülçülərin iddia etdikləri kimi yalnız güclülərin yaşadığı və amansız bir yaşamaq mübarizəsinin davam etdiyi bir mühitin mövcud olmadığını görərik.

Bütün canlılar yaşamaq üçün ov edər, özlərini qorumaq üçün mübarizə apararlar. Lakin bununla yanaşı, təbiətdə balalarını qorumaq naminə fədakarlıq göstərən, sürüsünün təhlükəsizliyi üçün öz həyatını təhlükə altına atan çoxlu sayda canlı da vardır. Həmçinin müxtəlif növlər arasında bir-birinin mənafeyini qorumağa yönəlmiş davranışlara da tez-tez rast gəlinir.

Təkamül nəzəriyyəsi təbiətin yalnız mübarizə meydanı olduğunu iddia etdiyinə görə, canlılardakı bu fədakar davranışları izah edə bilmir. Məsələn, təkamülçülər sürüdə keşik çəkən quşun yırtıcı yaxınlaşdıqda niyə təhlükəni xəbər vermək üçün qışqıraraq özünü təhlükəyə atdığını və ya başqa bir quş növünün düşməni balalarından uzaqlaşdırmaq məqsədilə yaralı təqlidi edərək diqqəti öz üzərinə çəkməsini izah edə bilmirlər. Məhz bu vəziyyət bir tərəfdən nəzəriyyənin əsassızlığını ortaya qoyur, digər tərəfdən isə bu canlıların Allah tərəfindən yaradıldığını göstərən bir dəlil rolunu oynayır. etibarsızdır?