Xeyr, açıqlana bilməz. Canlılardakı göz, qulaq kimi çox hissədən ibarət olan kompleks sistemlər, ancaq bütün hissələri əskiksiz olaraq bir yerdə olduğunda fəaliyyət göstərə bilirlər. Məsələn, gözün görə bilməsi üçün onu meydana gətirən 40-a yaxın orqanoidin bir yerdə olması zəruridir. Bunlardan tək biri məsələn, gözün tor qişası və ya göz yaşı vəziləri olmazsa, göz görə bilməz. Bu səbəbdən, buradan çıxan nəticə bu cür sistemlərin bütün parçalarının tək bir anda var olduğudur. Bu da təkamülün etibarsızlığını bir daha ortaya qoyur.
Yaxşı, kompleks bir quruluş, bir anda var olmuşsa bunun mənası nədir? Şübhəsiz, bir çox hissənin eyni anda, eyni yerdə meydana gəlməsi ancaq xüsusi bir yaradılışın nəticəsində ola bilər.

