Canlıların özlərinə aid olmayan balalara qayğı göstərməsi təkamülçülərin “təbiətdə yaşamaq uğrunda mübarizə” iddialarını tamamilə əsassız edən dəlillərdən biridir.
Təkamülçülərin iddialarından biri budur ki, heyvanlar genlərini sonrakı nəsillərə ötürmək məqsədilə yalnız öz balalarına qarşı fədakar davranışlar göstərirlər. Buna görə də canlıların yalnız öz balalarına deyil, eyni növün digər fərdlərinin balalarına da kömək etmələri təkamül nəzəriyyəsinin izah etməkdə ən çox çətinlik çəkdiyi məsələlərdən biridir. Bunu müxtəlif nümunələrdə də görmək mümkündür.
Müşk öküzlərində sürü hər hansı bir hücuma məruz qaldıqda, yetkin öküzlər yan-yana dayanaraq dairə əmələ gətirər və sürüdəki bütün balaları dairənin ortasına alarlar. Beləliklə, balalar üçün etibarlı bir müdafiə təmin etmiş olarlar.
Eyni şəkildə delfinlər də sürü halında yaşayar və bir-birlərini təhlükələrdən qoruyarlar. Bir dişi delfin doğuş etdiyi zaman onun yanında mütləq ana delfinə kömək edən başqa delfinlər də olar.
Afrika vəhşi itləri də sürü halında yaşayan canlılardandır. Erkəklər və dişilər balaların qayğısına qalmaq məsələsində iş bölgüsü apararlar. Ovlarını tutduqdan sonra sürüdəki yetkin fərdlər balaların ətrafında dairə yaradaraq ilk növbədə onların qidalanmasına imkan verərlər.
Eyni şəkildə arılar, qarışqalar və digər koloniya halında yaşayan canlıların öz koloniyaları daxilində göstərdikləri fədakar davranışlar da Darvinin “güclü olan yaşayar, zəif olan isə məhv olar” tezisini əsassız edən nümunələrdəndir. işləri böyük müvəffəqiyyətlə yerinə yetirər. Bəzən sanki bədənlərində bir kimya zavodu varmış kimi fəaliyyət göstərər, bəzən isə ən çətin şəraitə tab gətirən xüsusi mexanizmlərdən istifadə edərlər. Təkamülçülər canlılardakı bu cür ağıl nümunələrini necə izah edirlər?

