Canlı hüceyrələri təsadüfən meydana gəlmiş ola bilərlərmi?

Xeyr, ola bilməzlər. Çünki hüceyrələr öz-özünə və ya təsadüf nəticəsində meydana gələ bilməyəcək qədər mürəkkəb quruluşa malikdirlər. Bir hüceyrədə mövcud olan xüsusi fəaliyyət sistemləri, rabitə sistemləri, hüceyrədaxili və hüceyrədənkənar nəqli təmin edən sistemlər, maddə mübadiləsinə nəzarət edən mexanizmlər, məlumatların saxlanıldığı mərkəzlər kimi son dərəcə mürəkkəb quruluşlar yalnız mikroskop vasitəsilə görünə biləcək qədər kiçik bir sahəyə yerləşdirilmişdir.

Təkamülçü elm adamlarından W. H. Torp (W. H. Thorpe) hüceyrənin quruluşundakı mükəmməlliyi belə ifadə etmişdir:

“Canlı hüceyrələrinin ən sadəsinin malik olduğu mexanizm belə, bəşəriyyətin indiyədək hazırladığı və ya xəyal etdiyi bütün maşınlardan daha mürəkkəbdir.” (W. R. Bird, The Origin of Species Revisited, Nashville: Thomas Nelson Co., 1991, s. 298–299)

XX əsrin texnologiyası ilə belə istehsal edilə bilməmiş bu qədər qüsursuz bir quruluşun öz-özünə meydana gəlmə ehtimalı sıfırdır. Hüceyrəni bütün bu qüsursuz quruluşu ilə Allah yaratmışdır.