“Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz! ” (Ali İmran surəsi, 9)
Dağınıq şeylərin bir yerə toplanması mənasını verən “cəm” sözü Allahın bütün kainatdakı sistemlər üzərində hakimiyyətini göstərən sifətini ifadə edir. Kainatı və içindəkiləri yaradan Allah canlı və cansız bütün varlıqlara dilədiyini etdirmə, istədiyi yerdə və istədiyi şəkildə toplama qüdrətinə malikdir.
