Cahil insan

Quranda «cahillik» nə deməkdir?

Quranda işlədilən “cahil” sözü xalq arasında işlədilən “cahil” sözündən fərqli məna daşıyır. Quranda ifadə edilən cahillik insanın yaradılış məqsədindən, Yaradanımız olan Allahın üstün xüsusiyyətlərindən, Allahın nazil etdiyi kitabdakı məlumat və hikmətdən, sonsuz həyatı ilə əlaqədar mövzulardan xəbərsiz olması və bu cahillikdən doğan həyat tərzini mənimsəməsidir.

Allahı bir İlah kimi tanımayan, Onun elçiləri vasitəsilə göstərdiyi doğru yolla getməyən insanların cahillik etdiyinə Quranda belə diqqət çəkilmişdir:

Onlar: “Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!” – deyə cavab vermişdilər. (Hud) demişdi: “Ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!” (Əhqaf surəsi, 22-23)