Cahil cəmiyyətin yaratmaq istədiyi “yaxşı” həyat

Bir insanın yaxşı və layiqli həyat yaşamaq istəməsi son dərəcə haqlı tələbdir. Amma cahil cəmiyyətin dəyər mühakimələrinə görə, guya yaxşı həyatı yaratmağa çalışmaq, bu insanlara həm ümid etdikləri yaxşı həyatı təmin etməz, həm də onlara çox böyük zərər verər. Çünki cahil əxlaqı yaşayan insanların dünyaları son dərəcə kiçikdir və insanı istər-istəməz kiçik düşünməyə, kiçik hesablar etməyə, ötəri və səthi davranmağa təhrik edər. Üstəlik, bu dünyanın içərisində yaradılış məqsədini və ölümdən sonrakı həyatı düşünmək, sonsuz axirət həyatı üçün hazırlıq etmək kimi əhəmiyyətli mövzular yer almaz.