Cahil cəmiyyətdə səhv əxlaq anlayışı

Quranda Allahın bildirdiyi möminlərin əxlaqı Allah qorxusu və rizası üzərində qurulmuşdur

Quranda Allahın bildirdiyi möminlərin əxlaqı Allah qorxusu və rizası üzərində qurulmuşdur. “Cahil” cəmiyyətində isə, dəyər mühakiməsi “təqva” üzərində qurulmadığı üçün, əxlaq anlayışı da səhvdir;

“Cahil” cəmiyyət, Allahın sonsuz qüdrətini dərk etmədiyi üçün, əxlaq anlayışını “insanlar nə deyər” meyarına əsaslandırmışdır. Bu vəziyyətdə əxlaqdan kənar davranış, cəmiyyətin digər üzvlərinin görmədiyi və bilmədiyi bir mühitdə rahatca edilə bilər. Ya da bu əxlaq xarici anlayışa, cəmiyyətin digər üzvlərinin bu davranışı qanuni görməsini təmin edəcək yeni ad və şəkillər tapılar.

Məsələn, zinanın əxlaqdan kənar davranış olduğunu “cahil” cəmiyyətdə də bir çox adam qəbul edər. Bu səbəblə, bu cəmiyyətin üzvlərinin bəziləri zina etsə də “mən zina edirəm” deyə açıq şəkildə söyləməz. Amma kimsənin görmədiyi və bilmədiyi bir şəkildə bu hərəkəti rahatlıqla edə bilər.

Bunu, cahil cəmiyyətin insanlarının bir çoxunun həyatında müxtəlif nümunələri ilə görmək mümkündür.