Cahil cəmiyyətdə ortaya çıxmış olan din anlayışı, Quranda Allahın əmr etdiyi həqiqi dindən çox fərqlidir. Rəbbimiz Quranda hz. Məhəmmədə (s) vəhy edilən dini, “…insanların “ağır yüklərini, üzərlərindəki zəncirləri endirən…” (Əraf surəsi, 157), “içində heç bir çətinlik olmayan” bir din olaraq bildirmişdir.
Quranda insanlar, düşünməyə, tabe olduqları səhv inanc və yolları dərk edərək Allahın istədiyi şəkildə həyat tərzinə dəvət edilirlər. Cahil cəmiyyəti isə Quranın çox dəqiq və aydın mesajını görməzdən gələrək, İslam adına qatı mühafizəkar dinlər yəni məzhəb və təriqətlər yaratmışlar. Meydana gətirdikləri bu yanlış din anlayışının bəzi xüsusiyyətləri belədir:
– Quranda Allahın bildirdiyi din, yalnız Allaha itaət etməyi və Ondan başqa varlıqları ilah etməməyi əmr edər. Buna görə insan yalnız Allahın razılığını axtarmaqla məsuldur, başqalarının məmnuniyyətini axtarmaq kimi bir məcburiyyəti yoxdur. Cahil isə, dini Allahın razılığını axtarmaq üçün bir yol kimi görmür. Cahil cəmiyyətin bu səhv anlayışına görə ortaya çıxan din, “insanlar nə deyər?” qorxusuna əsaslanan və həqiqi din əxlaqından tamamilə ayrı bir quruluşdur.
– Quran əxlaqını bilməyən və anlamayan cahilin din anlayışı, bir sıra batil etiqadlara əsaslanır. Müxtəlif yerli adət və inanclar dinə əlavə olunmuş, dindar olmaq, atalardan gələn batil bəzi inanclara bağlı olmaqla eyni şey halına gətirilmişdir. Halbuki, Quranda Allahın tərif etdiyi və Peyğəmbərimizin (s) həyatında ən gözəl nümunələrini gördüyümüz dinin bunlarla heç bir əlaqəsi yoxdur. Quranda Rəbbimiz, yalnız Öz sərhədlərini ölçü almağı əmr edir. Tarix boyunca peyğəmbərlər haqqın qarşısına atalarından öyrəndikləri batil inanclarla çıxmağa cəhd edənlərlə mübarizə aparmışdırlar. Onların bu əxlaqını Allah ayələrdə xəbər vermişdir. Bəqərə surəsi, 170; Maidə surəsi, 104; Ənam surəsi, 91; Əraf surəsi, 28 və daha bir çox ayədə təkrarlanır.
I – Dini bu səhv anlayışla qiymətləndirən bəzi cahil cəmiyyətin mənsubları, bu rəftarının təbii nəticəsi olaraq dinin ağıldan ayrı olduğu səhvinə qapılmışlar. Halbuki, Allahın Quranda bildirdiyinə görə ağıl, mömin olmanın əsasıdır. Möminlər daima düşünməyə, araşdırmağa və Allahın ayələrini bu yolla görüb tanımağa dəvət edilərlər. İman və ağıl bir-biri ilə əlaqəlidir; ağlı istifadə etməyin nəticəsi olaraq iman edilir, ağıldan istifadə olunduqca imanı daha da güclənər.
– Cahil cəmiyyətin düşüncəsi dində olmayan bəzi qaydaları varmış kimi göstərir, halalı haram etməkdə bir qorxu görmür. (Əraf surəsi, 32-33; Ənam surəsi, 119; Maidə surəsi, 87).
– Cahilliyin meydana gətirdiyi batil anlayışa görə İslam, bəzi insanlar tərəfindən olduğundan çox fərqli tanıdılmaq istənmişdir. Halbuki İslam ağlın, gözəlliyin, sevginin, anlayışın, mehribanlığın, mərhəmətin, təmizliyin, incəsənətin, keyfiyyətin, nəcibliyin hakim olduğu haqq dindir. Peyğəmbərlər, yaşadıqları dövrlərin ən mədəni insanlarıdır. Son dərəcə mədəni və estetik dəyərlərə sahib kəslərdir. Peyğəmbərimiz (s) nəzakətli, estetik zövqünün keyfiyyəti ilə, gözəlliyi ilə, təmizliyi ilə və üstün ağlıyla bütün möminlərə ən gözəl nümunədir. Hz. Süleyman (ə.s.) da bu həqiqətin ən açıq nümunələrindən biridir. Sarayı arxitektura möcüzələri ilə, estetik məkanlarla doludur.
Müsəlman olmaq Allaha itaət etmək və Onun verdiyi nemətləri Ona şükür edərək istifadə etməkdir. Allahı tanımanın və həqiqətən üstün əxlaqlı bir insan ola bilməyin səyidir. Həqiqi müsəlman, onu yaradan sonsuz qüdrət sahibi Allahın razılığını axtaran, Onun razılığından başqa heç bir maddi və ya mənəvi qarşılıq gözləməyən insandır.
Məhz müsəlmanlığın xüsusiyyətindən biri budur.

