O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23
İnsan Allahın böyüklüyünü, hər şeyi yoxdan yaratdığını və bütün nemətlərin Ondan gəldiyini qəbul edib, gerçək Sahibinə təslim olmalıdır. Çünki Allah istədiyi zaman Özünə qarşı böyüklənən və üz çevirən hər kəsi məcburən boyun əydirməyə qadirdir.
