Tarix boyu dinsiz cəmiyyətlərdə, öndə gedən inkarçıların tez-tez istifadə etdikləri böhtan üsullarından biri də, rəsulu və bəzən də onunla birlikdə iman gətirənləri “dəlilik”lə günahlandırmaları olmuşdur. Bu ağılsız günahlandırma, demək olar ki, bütün rəsullara yönəldilmişdir. Quranda, tez-tez bu mövzuya diqqət çəkilir. Məsələn, hz. Nuh (ə.s)-a dəli deyilməsi ayələrdə belə xəbər verilir:
O, ancaq dəlilik əlamətləri olan biridir. Ona görə də bir müddətə qədər onu gözləyin!” (Muminun surəsi, 25)
Onlardan əvvəl Nuh qövmü də (haqqı) təkzib etmiş və bəndəmizi yalanlayaraq: “O divanədir!” – deyib onu təhdid etmişdilər. (Qamər surəsi, 9)
