Bütün nemətlər Allahdandır

Allah Hud surəsində deyir ki; “And olsun, Biz insana tərəfimizdən bir rəhmət daddırıb sonra

Allah Hud surəsində deyir ki; “And olsun, Biz insana tərəfimizdən bir rəhmət daddırıb sonra bunu özündən çəkib-alsaq,” əvvəl bir rəhmət, məsələn bolluq verir, zənginlik, sağlamlıq, səhhət, verir. Lakin “sonra bunu özündən çəkib-alsaq,” imtahan üçün, “şübhəsiz o, (artıq) ümidini kəsmiş bir nankordur.” Allaha üsyan edir, niyə belə… Onu sənə kim verdi? Allah verdi. Kim alır? Allah alır. Yəni nə olursan? İnşaAllah.

“Və and olsun, özünə toxunan bir çətinlikdən sonra, ona bir nemət daddırsaq, bu dəfə də, şübhəsiz; “Pisliklər məndən getdi” deyər. Çünki o, özündən razıdır, lovğadır.” Özü etdiyini düşünür. Məsələn, xərçəng olur. Ən yaxşı xəstəxanaya getdim deyir. Çox müalicə aldım, filan dərmanları atdım, deyir. Dərmanların təsiri ilə xəstəlik məndən getdi, xəstəlik getdi, deyir. Səndən xəstəliyi Allah apardı. Və təkəbbürlənir, lovğalanır, bu dəfə də televiziyaya çıxıb o təkəbbürünü göstərir. Allaha həmd edəcəyinə. Bu, elmin müvəffəqiyyətidir deyir. Elmi kim yaradır? O dərmanları kim yaradır?