Beynimiz də qolumuz, ayağımız və ya başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir parçası olduğuna görə, onun da yalnız qəbulu ilə təmasda oluruq.
Bu mövzunu daha yaxşı açıqlamaq üçün yuxu ilə bağlı bir nümunə verə bilərik: Bir yuxu gördüyümüzü düşünək. Yuxuda xəyali bədənimiz olacaq. Xəyali qolumuz, xəyali bir bədənimiz, xəyali gözümüz, xəyali beynimiz və s.
Yuxu əsnasında bizə “harada görürsən?” kimi bir sual soruşulsa, verəcəyimiz cavab “beynimdə görürəm” olacaq. Amma ortada həqiqi beyin yoxdur. Yalnız xəyali bədən, xəyali kəllə və xəyali beyin var. Yuxumuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha “dərin” varlıqdır.
