Bütün Maddələrin Yalnız Qəbulu İlə Təmasda İsək, O Zaman Beynimizdəki Nədir?

Beynimiz də qolumuz, ayağımız və ya başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir parçası olduğuna görə, onun da yalnız qəbulu ilə təmasda olarıq. Bu mövzunu daha yaxşı açıqlamaq üçün yuxu ilə əlaqədar bir nümunə verə bilərik: Bir yuxu gördüyümüzü düşünək. Yuxuda xəyali bədənimiz olacaq. Xəyali bir qolumuz, xəyali bir gövdəmiz, xəyali gözümüz, xəyali beynimiz. Yuxu əsnasında bizə “harada görürsən?” kimi bir sual soruşsalar verəcəyimiz cavab “beynimdə görürəm” olacaq. Amma ortada həqiqi beyin yoxdur. Yalnız xəyali bədən və xəyali beyin var. Yuxumuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha “dərin” varlıqdır.