Beynimiz də qolumuz, ayağımız və ya hər hansı digər obyekt kimi maddi dünyanın bir hissəsi olduğundan, onunla yalnız hisslər vasitəsilə təmasda oluruq. Bunu daha yaxşı izah etmək üçün yuxularla əlaqəli bir nümunə verə bilərik: Təsəvvür edək ki, bir yuxu görürük. Yuxuda xəyali bir bədənimiz olacaq. Xəyali bir qol, xəyali bir gövdə, xəyali bir göz və xəyali bir beyin. Yuxu zamanı bizdən soruşulacaq: “Bunu harada görürsünüz?” Əgər belə bir sual verilsəydi, verəcəyimiz cavab “Mən bunu beynimdə görürəm” olardı. Amma əsl beyin yoxdur. Yalnız xəyali bir bədən, xəyali bir kəllə və xəyali bir beyin var. Yuxuda görüntünü görən iradə yuxudakı xəyali beyin deyil, onun “fövqündə” olan bir varlıqdır.
Bütün maddələrin yalnız hissi ilə təmasda oluruqsa, o zaman beynimizdəki nədir?

