Yunus surəsi, 61-ci ayə. “Sən hansı bir işdə olsan, Qurandan nə oxusan”, Məsələn, bizlərdə gün ərzində Quran ayələri oxuyuruq. “Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq”. Yəni indi Mən sizi seyr edirəm deyir Allah. Hal-hazırda Allah bizi seyr edir və dinləyir. Onsuz da bizi danışdıran da, yazdıran da, oxutduran da Allahdır.
“Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz”. Yəni atom da, atomun içindəki elektronlar da, protonlar da hamısı Mənim məlumatım daxilindədir deyir Allah. “Bundan daha kiçiyi”, onun daha kiçiyi də, yəni artıq fotonlar da. “və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın”. Hamısı Mənim hüzurumda qeydə alınıb, sabitdir deyir Allah.
62-ci ayədə; “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər”. Bu eyni zamanda Mehdi (ə.s)-a və tələbələrinə baxır. Çünki onlar üçün qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Yəni çətin mühitlərə düşəcəklər, xurafatla mübarizə aparacaqlar, amma heç bir şəkildə kədərlənməyəcəklər. “Onlar iman gətirmiş və Allahdan qorxmuşlar”. Həm iman edirlər, həm də Allahdan qorxurlar. “Dünya həyatında da, axirətdə də onlara müjdə vardır”. Müjdə nədir? hz. İsa (ə.s)-ın enişi, dünyada İslamın hakim olması, ədalətin təsis edilməsi, əmin-amanlığın, sülhün və qardaşlığın gəlməsi. Axirətdə də Mehdi (ə.s)-ın da, hz. İsa (ə.s)-ın da tələbələri cənnətdə olacaq, inşaAllah.

