Darvinizm, dünya tarixinin ən məntiqdən kənar, ən ağla sığmaz batil dinidir. Canlılığın hər detalında mükəmməl nizam və ağılın olmasına baxmayaraq, darvinizm bunların hamısının guya şüursuz və təsadüfi proseslərin məhsulu olduğunu deyir. Zülal, laboratoriyada belə tək başına yaradıla bilməyən son dərəcə kompleks quruluşda molekuldur və elektron mikroskopun altında bu cür kompleks həyatın olması insanı həqiqi mənada heyran edir. Lakin darvinizm bu böyük yaradılış qarşısında da “Təsadüfən meydana gəldi” şərhini edir.
Canlılar, bir-birlərindən olduqca fərqli xüsusiyyətlərdə və keyfiyyətlərdə yaradılmış, sahib olduqları orqan və quruluşun bir-birlərinə çevrilməsinin qeyri-mümkün olduğu açıq və rədd edilə bilməz bir şəkildə ortaya çıxmışdır. Lakin darvinizm dünyadakı böyük canlı müxtəlifliyinin tək bir bakteriyadan törədiyini iddia edir. Darvinizmin iddialarının real olduğuna, canlıların təkamül etdiyinə dair tək bir sübut yoxdur. Lakin buna baxmayaraq, darvinist jurnallar hər həftə yeni bir saxta fosil (qalıq) nəşr edirlər. Dünyada açıq bir nizam və ehtişam vardır. Lakin darvinizm bütün bunların guya xaosdan, qarışıqlıq və nizamsızlıqdan öz-özünə, kor təsadüflər nəticəsində ortaya çıxdığını iddia edir. Bu həqiqətlərə baxdıqda darvinizmin dünya səviyyəsində qəbuluna ağıllı bir insanın hər hansı məntiq və sübut tapa bilməsi qeyri-mümkündür.
Lakin bu aldatma hədəfinə çatmışdır. Hədislərdə dəccalın fitnəsinin bütün dünyanı bürüyəcəyi xəbər verilmişdir. Həqiqətən də bütün dünya dəccal sistemi olan masonluğun təsiri ilə batil bir sistemi şüursuz və düşüncəsiz formada qəbul etmişdir. Hər millətdən, hər inancdan çox sayda insan bu batil sistemlə həmfikir olmuşdur. İnsanlar belə bir batil dinə uyğunlaşmasının özlərini çıxılmaz vəziyyətə salacağını təxmin edə bilməmişdir.
Bir çoxu bu nəzəriyyəni həqiqətən də elmi zənn etmiş, bunu hər hansı bir nəzəriyyə olaraq görmüş və bunun gələcəkləri üçün nə qədər böyük təhlükələr ehtiva etdiyini anlamamışdır.
Ehtiyatlı davrana bilməyən insanın guya təkamül keçirmiş bir heyvan olduğunu iddia edən yalanın insan, cəmiyyət və dövlət üzərində necə məhvedici təsir yaradacağını əvvəldən görə bilməmişdir.
Bu azğın fikir sisteminin ətrafındakı şiddətin, qırğınların, cinayətlərin, oğurluqların, əxlaqsızlığın, degenerasiyanın, anarxiyanın, müharibələrin, terrorun təməl səbəbini yaratdığını və get-gedə bu bataqlığın içinə batdıqlarını anlaya bilməmişdir. Uşaqlarına darvinizmi öyrətməyin onları pis əxlaqlı, üsyankar, degenerativ hala gətirəcəyini, insani xüsusiyyətlərdən uzaqlaşdıracağını düşünə bilməmişdir. Dəccal sistemi olan masonluq o qədər hiyləgər bir şəkildə yaxınlaşıb, böyük bir oyun oynamışdır ki, insanların böyük əksəriyyəti fərqində olmadan, başlarına nə gələcəyini bilmədən bu oyunun əsiri olmuşlar. Hazırda dünyanın mövcud vəziyyəti insanların bu qəflətin və darvinizm bəlasına əhəmiyyətsiz yanaşmalarının nəticəsidir.
İnsanların böyük hissəsi fərqində olaraq və ya olmadan dəccalın müdafiə etdiyi həyat tərzinə tabe olmağını, dəccaliyyətin dediklərini etmələrinin şübhəsiz, çox zərərli nəticələri olmuşdur. Dəccalın batil dininə tabe olmaq Allahın razı olduğu gözəl əxlaqdan, Rəbbimizin məmnun qaldığı şeylərdən uzaqlaşmaq mənasını verir. Dünyanın geniş hissəsində Quran əxlaqına uyğun olmayan həyat tərzinin davam etdirilməsinin təməl səbəbi budur. Allah Quranda insanların bir-birlərinə yaxşılığı əmr edib pislikdən çəkindirməsini məsləhət edir. Bu gün dünyanın bir çox yerində bu böyük məsuliyyət yerinə yetirilmir, tam əksinə, insanlar həmişə pis olana doğru yönəlirlər.
Allah insanları eqoizmdən, xəsislikdən, nankorluqdan, vəfasızlıqdan, mənfəət düşkünlüyündən, harama girməkdən, qısqanclıqdan, pis söz deməkdən və həmçinin ədalətsizlikdən, israfdan, qürurdan, özünü yüksək tutmaqdan və qəzəbdən çəkindirmişdir. İndiki dövrdə isə bir çox cəmiyyətdə bu əxlaq anlayışının tam əksi yaşanır. Qurana tabe olan müsəlmanlar arasında qarşıdakının nəfsini öz nəfsindən üstün tutmaq, ona hər mövzuda mütləq öncəlik vermək əsasdır. Lakin indi insanların böyük bir hissəsi yalnız öz mənfəətlərini güdür və bu yolda hörmətdən düşürən rəftara belə tənəzzül edirlər.
Qurana görə, haqsız yerə can almaq haramdır. Hazırda isə işlənən cinayətlərin sayı heyrətamiz dərəcədə çoxdur. Qurana görə, hər kəs başqasının haqqını güdməyə cavabdehlik daşıyır. Halbuki indi dünyanın bir çox ölkəsində sistem insanların bir-birlərinin haqqını əlindən alma, bir-birlərini aldatma sistemi üzərinə qurulmuşdur. Qurana görə, malın ehtiyac olandan çoxu yoxsul olana verilməlidir. Yenə dünyanın bir çox ölkəsində indiki sistemdə yoxsul həmişə daha da çox istismar edilərək sanki yox edilməyə çalışılır və varlı olan isə daha çox mala sahib olmağa can atır.
Allahın Quranda ifadə etdiyi əxlaqın tam tərsinin yaşanması dəccalın qurduğu sistemin nəticəsidir. İnsanların böyük əksəriyyəti dəccalın sisteminə tabe olmağın nəticəsi olaraq fərahlıq içində yaşaya biləcəyi halda yaşaya bilmir, xoşbəxt ola biləcəyi halda ola bilmir və nemətlərə qovuşa biləcəyi halda isə bərəkətsizlik içində yaşayırlar. Dəccalın sistemi insanlar üçün böyük kabus və bəla olmuşdur.
Lakin dəccaliyyət artıq fikrən ölmüşdür. Masonların bütün oyunları ortaya çıxarılmış, yox edilmişdir. Dəccaliyyətin ayaq üstə durub tutacağı heç nə qalmamışdır. Bununla belə, dəccaliyyət insanları artıq daha çox aldada bilməməkdə və darvinizm yalanı ilə da heç kimi inandıra bilməməkdədir.
Bunu Allahın izni ilə gələcəkdə də edə bilməyəcək. Çünki Allahın vədinə görə, batil mütləq yox olub getməyə məhkumdur. Allah bu nizamı, insanların Allahın qədrini gərəyi kimi təqdir edə bilməsi, haqq olanı açıq görə bilməsi üçün yaratmışdır. Yoxsa şübhəsiz, dəccal sistemini ortadan qaldırmaq və Quran əxlaqını bütün dünyaya hakim etmək üçün Allahın “OL” əmri kifayətdir. Dəccal öz tələsini böyük və güclü sanmışdır. Halbuki Allahın tələsi qarşısında ziyana uğramışdır. Aləmlərin Rəbbi olan Allah ayələrində belə bildirir:
Əgər o məmləkətlərin xalqı iman gətirib (günahlardan) çəkinsəydilər, həqiqətən, onlara göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar (elçiləri) yalanladılar, Biz də onları qazandıqlarına görə (əzabla) yaxaladıq. Yoxsa o məmləkətlərin əhalisi, əzabımızın onlara gecə yatarkən gəlməyəcəyindən əmin idilərmi?! Yaxud o məmləkətlərin əhalisi, əzabımızın onlara gündüz əylənərkən gəlməyəcəyindən əmin idilərmi?! Yoxsa onlar Allahın məkrindən (əzabından) əmin idilərmi?! Ziyana uğrayan qövmdən başqası Allahın məkrindən əmin ola bilməz. (Əraf surəsi, 96-99)
Ağıl və vicdan sahibi olan hər bir insan ağılın, məntiqin, vicdanın və elmin göstərdiyi həqiqətə tabe olmaqla hər varlığı Allahın yaratdığı həqiqətini qəbul etməyə məsuliyyət daşıyır. Şübhəsiz, uca Rəbbimizin insanların tərifinə, təslimiyyətinə, təqdir və ibadətinə ehtiyacı yoxdur. Ehtiyacı olan yalnız insanın özüdür. Allaha qarşı özünü yüksək tutmaq insana dünya və axirətdə ziyandan başqa bir şey gətirməyəcək. Allaha təslim olmaq isə dünyada xeyirli və gözəl bir həyatın, axirətdə isə bu dünya ilə müqayisə edilə bilməyən sonsuz və böyük nemətlərə qovuşmağın vəsiləsidir. Amma hamısının üzərində insana ən böyük mükafat Allahın razılığı olacaq.
Dəccalın uduzması isə sonsuzadək davam edəcək. Darvinizmin çöküşü bunun ən əhəmiyyətli göstəricisidir. Önəmli olan bundan sonra vicdanın göstərdiyi yola tabe olub ömrü dəccalın əsiri olaraq keçirməməkdir. Əgər insanın ağlı və şüuru yerindədirsə, ediləcək olan budur. Hər varlığın sahibi və hakimi olan Allah ayədə belə buyurur:
Sizə əzab gəlməmişdən əvvəl Rəbbinizə dönün və Ona təslim olun! Yoxsa sonra sizə yardım olunmaz. Fərqində olmadığınız bir vaxtda qəflətən sizə əzab gəlmədən əvvəl Rəbbinizdən sizə nazil edilənin ən gözəlinə (Qurana) tabe olun! (Zumər surəsi, 54-55)

