Bütləşdirmək

Bütləşdirmək – yalnız heykəl deyil

“Bütləşdirmək” xalq arasında yalnız bəzi heykəllərə ibadət mənasıyla bilinir. Halbuki, bu anlayışın çox daha geniş bir mənası vardır və yalnız keçmiş dövrlərə aid deyil. Hər dövrdə Allaha şirk qoşan və başqa ilahlar qəbul edən, bütlərə tapınan cahil insanlar olmuşdur. Bir şeyi özünə bütləşdirmək insanın mütləq bütləşdirdiyi şey üçün “bu bir ilahdır, mən buna pərəstiş edirəm” deməsi və ya o varlığın qarşısında səcdə etməsi lazım deyil.

Bütləşdirmənin təməlində insanın, bir şeyi və ya bir kimsəni Allahdan üstün tutma səhvinə düşməsi durar. Buna nümunə olaraq da, bir kimsənin razılığını Allahın məmnuniyyətindən üstün tutması, bir kimsədən Allahdan qorxan kimi qorxmağı, ya da onu Allahı sevərcəsinə sevməyi verə bilərik.

Quranda Allah, insanların Allaha şərik qoşduqları bütlərin onlara bir fayda təmin edə bilməyəcəkləri belə bildirir:

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”. (Ənkəbut surəsi, 17)