Buqələmunlar çox yavaş hərəkət edən, ağac və kollarda yaşayan heyvanlardır. Dərilərində rəng maddəsi adlanan “xromotoforlar” var. Bu şəkildə ətrafları ilə rəng uyğunluğu təmin edərək düşmənlərindən qorunurlar. Buqələmunlarda simpatik sinir sisteminin ifrazı ilə piqmentlərin paylanması və toplanması təmin edilir və rəng dəyişikliyi baş verir. Beləliklə, çox yavaş hərəkət edən bu heyvan, diqqət çəkmədən təhlükəsiz yaşaya bilər. (“Bilim ve Teknik” jurnalı, sayı 295, səh. 44)
Buqələmunlar necə rəng dəyişdirir?
