Bunlar səbəblərdir: Nə görmək üçün gözə ehtiyac var, nə eşitmək üçün qulağa ehtiyac var, nə də dadmaq üçün dilə ehtiyac var

Quranın elmi möcüzələri

Quranın bənzərsiz üslubu və hikmətləri onun aləmlərin Rəbbi olan Allahın sözü olmasını bir daha təsdiq edir. Bununla yanaşı, Quranın Allah qatından göndərildiyini isbat edən bir çox möcüzəvi cəhətlər vardır. Bu cəhətlərdən biri 20-ci əsr texnologiyası ilə ortaya çıxarılan bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda xəbər verilməsidir. Quranın elmi möcüzələrini başa düşmək üçün ilk növbədə bu ilahi kitabın göndərildiyi dövrdəki insanların elm səviyyəsinə nəzər salmaq lazımdır. Quranın göndərildiyi 7-ci əsrdə ərəblər elmi məsələlərlə bağlı saysız xurafat və batil inanclara sahib idilər. Kainatı və təbiəti tədqiq etmək üçün texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülən əfsanələrə inanırdılar. İnsanların astronomiya, fizika ya da biologiya haqqında çox az şey bildikləri belə dövrdə göndərilən Quran kainatın yaradılışından insanın meydana gəlməsinə, atmosferin quruluşundan yer üzündəki tarazlıqlara qədər bir çox mövzuda mühüm məlumatlar verir.

Əlbəttə ki, Quran sırf elm kitabı deyil. Lakin müxtəlif ayələrində son dərəcə dolğun və hikmətli üslubla qeyd edilən bəzi elmi həqiqətlər yalnız 20-ci əsr texnologiyası ilə kəşf edilib. Quranın göndərildiyi dövrdə elmi izahı mümkün olmayan bu məlumatlar Quranın Allah sözü olduğunu insanlara bir daha sübut edir.