“Birinci vəzifə o iki vəzifədən üç-dörd dəfə daha dəyərlidir, lakin İKİNCİ, ÜÇÜNCÜ VƏZİFƏLƏR ÇOX PARLAQ VƏ GENİŞ DAİRƏDƏ (sahədə) VƏ ŞAŞALI (göstərişli) ÜSLUBDA OLDUĞU ÜÇÜN UMUMUN VƏ AVAMIN NƏZƏRİNDƏ (ictimaiyyətin gözündə) DAHA ƏHƏMİYYƏTLİ (vacib) GÖRÜNÜR.” (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzamanın bu sözləri ilə hz. Mehdinin ikinci və üçüncü vəzifələrinin geniş kütləni və coğrafiyanı əhatə edən, görkəmli, möhtəşəm və əks-səda doğuran fəaliyyətlər olacağını bildirir. Əslində İslam Birliyini qurmaq, bütün müsəlmanların liderliyini öz üzərinə götürmək, xristianlarla ittifaq, həmrəylik etmək və nəticədə İslam əxlaqını dünyaya hakim etmək dünya tarixində baş vermiş ən böyük və ən şərəfli hadisələrdən biri olacaqdır.
Bədiüzzamanın bəhs etdiyi bu vəzifələr Bədiüzzamanın yaşadığı və İslam tarixinin heç bir dövründə hz. Mehdi dövründə olacağı kimi yaşanmamışdır. Bədiüzzamanın möhtəşəm fəaliyyətlərini bu qədər təfərrüatı ilə izah etdiyi, özündən sonra gələcəyini və bu üç vəzifəni ən göstərişli şəkildə icra edəcəyini bildirdiyi şəxs hz. Mehdidir.
Bədiüzzaman bu ifadələr ilə, hz. Mehdinin fəaliyyətinin geniş ictimaiyyətin gözü qarşısında təzahür edəcəyini, insanlarda heyranlıq oyadacağını bildirir. Bədiüzzamanın da xəbər verdiyi kimi, Axırzamanın son dövründəki bu hadisələr; hz. Mehdinin qüdrəti və hökmranlığı açıq-aydın dəlillər ilə və bütün dünyanın şahid olacağı şəkildə yaşanacaq. Dəccalın fitnəsi yox olacaq, yer üzü sülh, əmin-amanlıq və ədalət ilə dolacaq. Bütün dünyanın gözü qarşısında cərəyan edən belə böyük hadisə və dəyişikliklər əvvəlki mücəddidlərin zamanında baş verməmişdi. Bu mühüm məsələni vurğulayan Bədiüzzaman bunların hamısının yaxın gələcəkdə hz. Mehdi dövründə baş verəcəyini müjdələmişdir.

