Bu ittifaqın baş verməsinə hz. Mehdinin hansı xüsusiyyətləri və kimlər vəsilə olacaqlar?

“BU VƏZİFƏ, ÇOX BÖYÜK BİR SƏLTƏNƏT, GÜC və MİLYONLARLA FƏDAKARLARLA (MİLYONLARIN FƏDAKARCA İŞTİRAKI İLƏ) TƏTBİQ EDİLƏ BİLƏR (yerinə yetirilə bilər).” (Sikke-i Tasdik-i Gaybi, səh. 9)

Bədiüzzaman İslam Birliyi ilə müsəlman və xristian dünyasının haqq din uğrunda ittifaq etməsi kimi böyük hadisənin ancaq üç şərtin meydana gəlməsi ilə olacağına diqqət çəkmişdir. Bədiüzzaman “ÇOX BÖYÜK SƏLTƏNƏT VƏ GÜC” sözləri ilə bu şərtlərdən ikisini açıqlayır. “Səltənət” anlayışı, güc və səlahiyyət ifadə edir. “GÜC” anlayışı isə “istədiyi şeyi icra edə bilmə gücü, yəni səlahiyyət”i xarakterizə edir. Bədiüzzaman hz. Mehdinin İslam Birliyini meydana gətirib bu birliyin liderliyini boynuna götürəcəyini və “çox böyük güc və səlahiyyətə sahib olacağını” bildirmişdir. Bədiüzzamanın “ÇOX BÖYÜK” sözləri hz. Mehdinin sahib olacağı bu gücün və səltənətin miqyasının böyüklüyünü ifadə edir. Belə böyük gücün Bədiüzzaman və ondan əvvəlki mücəddidlərin zamanında baş vermədiyi hamı tərəfində bilinir. Bədiüzzaman da hz. Mehdinin bu əhəmiyyətli əlamətini vurğulayaraq, bu mübarək şəxsin öz yaşadığı dövrdə hələ gəlmədiyini, zühur edəndə isə bu xüsusiyyətlər ilə tanınacağını xatırlatmışdır.

Bədiüzzaman “MİLYONLARLA FƏDAKARLARLA TƏTBİQ EDİLƏ BİLƏR” sözləri ilə hz. Mehdinin üçüncü vəzifəsini yerinə yetirə bilməsi üçün lazım olan üçüncü şərtin “MİLYONLARLA FƏDAKARLAR” olduğunu ifadə etmişdir. Bədiüzzaman bu sözləri ilə hz. Mehdiyə tabe olan, onu dəstəkləyən milyonlarla insan olacağını bildirmişdir. Belə geniş miqyaslı dəstək Bədiüzzamanın imani xidmətində olmamışdır. Üstəlik, Bədiüzzaman hz. Mehdinin bu vəzifəsini yerinə yetirə bilməsi üçün yalnız “milyondan çox fədakarca dəstək” deyil, eyni zamanda “böyük güc, qüdrət və hakimiyyət”in də bununla bir yerdə meydana gəlməli olduğunu ifadə etmişdir. Bu həqiqəti xatırladaraq da, hz. Mehdinin özünün yaşadığı dövrdə gəlmədiyini irəli sürmüşdür.