Bu dünya həyatına razı olanların vəziyyəti necə olacaqdır?

Bəzi insanlar dünyanın keçici və çatışmazlıqlarla dolu bir yer olduğunu unudaraq ona hərisliklə bağlanırlar. Quranda Allah bu insanlar haqqında belə buyurur:

Bizimlə qarşılaşacaqlarını ümid etməyib dünya həyatına razı olaraq onunla rahatlıq tapanlar və ayələrimizdən qafil olanlara gəldikdə, Qazandıqları (günahlar) səbəbilə onların sığınacaqları yer cəhənnəmdir. (Yunis surəsi, 7-8)

Özlərini Yaradanı unudub hərislik içində dünyaya bağlananlar — Allahın diləməsi istisna olmaqla — sonsuza qədər cəhənnəm əzabı içində yaşayacaqlarını bilməlidirlər. Bu insanlar etdiklərinin qarşılığı olaraq çox qısa bir həyatı seçərək sonsuz həyatı itirəcəklər. Üstəlik, dünyada hərisliklə bağlandıqları bu dəyərlərə axirətdə sonsuza qədər bir an belə sahib ola bilməyəcəklər.