Din əxlaqının yaşanmamağı bir cəmiyyət üçün baş verə biləcək ən vacib təhlükələrdən biridir. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə qısa müddətdə əxlaq pozuntusu yaşanar, cəmiyyətin dincliyi pozular. Həmçinin, bundan cəmiyyətin demək olar ki, bütün üzvləri zərər çəkər. Yaxın keçmişdə dünyanın bir çox ölkələrində bu vəziyyətin bir çox ibrətverici örnəklərinə rast gəlinmişdir.
Dinsizliklə fikri mübarizə aparmaq belə təhlükə ilə üzləşməmək üçün ən vacib məsələlərdən hesab olunur. Ancaq bu fikri mübarizəni apararkən diqqət ediləsi bəzi məqamlar vardır. Dinsizlik təhlükəsi hər zaman nizamlı olmur.
Allahın varlığı və birliyinin minlərlə açıq-aşkar dəlili olmasına baxmayaraq, bəzi insanlar Allahı inkar etməkdə dirənir və Allahın bütün insanlara buyurduğu din əxlaqını yaşamaqdan daim uzaq dururlar. Şübhəsiz ki, bu cahil davranışdır. Çünki insan həyatı boyunca axtardığı əsl xoşbəxtliyi və inamı tapa bilməsinin yeganə yolu yaradılışa, başqa sözlə, Allahın əmr etdiyi din əxlaqına görə yaşamaqdır. Din əxlaqını yaşamayan insanlar çox şeyə sahib olsalar da, əsl xoşbəxtliyi yaşaya bilmirlər. Gün ərzində yaşanan və xoşbəxtlik kimi görünən anlar isə həm çox qısa və keçici olur, həm də çox vaxt bu insanlar xoşbəxt olmur, sadəcə xoşbəxt görünməyə çalışırlar.
Din əxlaqı insanların səbirli, mərhəmətli, tolerant, təmkinli, vicdanlı, qısaca, gözəl həyat yaşamalarına imkan yaradır. Hər kəsin din əxlaqına uyğun yaşadığı bir cəmiyyətdə isə hüzur və təmkinlilik həmin cəmiyyətin əsas xüsusiyyətinə çevrilir və beləliklə, insanlar hər zaman bir-birlərinə sevgi bəsləyir, mərhəmətli və anlayışlı davranırlar.
Buna baxmayaraq, bu aşkar həqiqəti inkar edən insanlar din əxlaqının yaşanmaması üçün əllərindən gələni edirlər. Çünki əksər hallarda mənfəətlərini din əxlaqına uyğun olmayan tərzdə əldə etməyə çalışırlar. Lakin bu mübarizəni əksər hallarda dağınıq şəkildə həyata keçirirlər. Din əxlaqına qarşı bir vəziyyət yarandıqda isə əvvəlcə bir-birini heç tanımayan, eyni mühitdə belə olmayan insanlar eyni məqsədə görə birləşə bilirlər.
Ümumiyyətlə, bunlar tək bir mərkəzdən idarə olunmurlar, sadəcə olaraq şeytanın təsirindədirlər və onun məntiqi ilə hərəkət edirlər. Bu məntiq dinsizliyin məntiqidir.
Dinsizliyin məntiqini müəyyənləşdirən və yönəldən şeytandır. Şeytanın təlqinləri və yönləndirməsi ilə bu insanlar Allahı inkar edir və din əxlaqına qarşı mübarizə aparırlar. Onlar bu mübarizədə dünyanın hər bölgəsində eyni yanlış məntiqi irəli sürür, eyni danışır, eyni hiylələrə əl atır, eyni reaksiyalar göstərir və eyni cür davranırlar. Bir ayədə Allah inkar edənlərin şeytanın yolunda mübarizə apardıqlarını belə bildirmişdir:
“… inkar edənlər isə tağutun (şeytan) yolunda mübarizə apararlar. Elə isə şeytanın dostları ilə vuruşun. Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.” (Nisa surəsi, 76)
Başqa bir ayədə isə şeytanın din əxlaqı və səmimi iman gətirənlərlə mübarizəsi belə bildirilir:
“…Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübarizə aparmaq üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər.” (Ənam surəsi, 121)
Ayədə də bildirildiyi kimi, inkar edənlərin dinsizliyi təbliğ etmələri və din əxlaqına qarşı mübarizə aparmaları üçün onları əsas yönəldən güc şeytandır. Şeytan fərqli dillərdən və fərqli irqlərdən olan insanlara din əxlaqına qarşı olmaları üçün eyni təlqinləri verir. Onlar da şeytanın yönləndirməsi ilə eyni cür davranırlar. Zəruri vəziyyət yarandıqda isə şeytanın ilhamı ilə onun tərəfdarları nə etməli olduqlarını, hansı cümlələri deyəcəklərini, hansı məntiqlə davranacaqlarını və hansı yolla gedəcəklərini bilirlər. Bunun nəticəsində də dağınıq dinsizlik hərəkatı yaranır.
İman gətirənlərin Allah qarşısında ən böyük öhdəliklərindən biri yaxşılığı əmr edib, pisliyi qadağan etmələridir. Bir Quran ayəsində belə bildirilmişdir:
“Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ.” (Tövbə surəsi, 112)
Möminlər yer üzündə pisliyi yaymağa cəhd göstərənlərə qarşı da ciddi fikri mübarizə aparmaqla böyük öhdəlik daşıyırlar. Bu vacib öhdəliyi yerinə yetirərkən hədəfin düzgün müəyyənləşməsi Allahın izni ilə daha tez nəticə verə bilər. Buna görə də möminlər qarşılarındakı əsl təhlükənin dağınıq dinsizlik, yəni şeytanın təlqini ilə yayılan dinsizlik olduğunu qavramalıdırlar. Allah Quranda şeytanın insanlara çox fərqli yönlərdən yanaşıb onları azdıracağını xəbər vermişdir:
“(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən.” (Əraf surəsi, 16-17)
Buna görə də şeytanın təlqinləri və hiylələri fərqli ola bilər, amma mahiyyət etibarı demək olar ki, eynidir.
Allahın varlığının və birliyinin aşkar dəlillərinin davamlı insanlara çatdırılması, insanları din əxlaqından uzaqlaşdıran yanlış fəlsəfə və istiqamətləndirmələrin aşkar edilməsi, din əxlaqının insanlara qazandıracağı gözəlliklərin gündəmdə saxlanılması çox vacibdir. Geniş miqyasda icra ediləcək bu fikri mübarizə şeytanın bəzi insanlar üzərindəki təsirini qıracaq və insanların din əxlaqını yaşamalarına vəsilə olacaq mühüm bir yoldur. Allah bu yolda mübarizə aparacaq qullarını nailiyyət və qələbə ilə müjdələmişdir.
“And olsun göndərdiyimiz qullarımız haqqında bu sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir.” (Saffat surəsi 171-172)

