Böyük mənəvi çöküntü var

Allahı coşğu ilə sevmək

Allahı coşğu ilə sevməyin vacibliyinin əhəmiyyətli olduğu izah edilməlidir.

Sevgisizlik nəticəsində yaranan mərhəmətsizlik və biganəlik əxlaqi çöküntünü də özü ilə gətirir.
İnsanların bir qismi Quran əxlaqını bilmədikləri, Allahı lazımınca tanıyıb ona şükür etmədikləri üçün sevgidən və dostluqdan məhrum qalıb cansıxıcı, əzab dolu həyat yaşayırlar. Bu insanlar arasında ən dəbdəbəli görünən həyatı yaşayanlar belə, əslində, həqiqi xoşbəxtliyi və rahatlığı tapa bilmirlər. İmanı yaşamayan bu insanlar üçün sevgisiz, dostsuz və tənha yaşanan həyatın heç bir anı mənalı və gözəl deyildir. Allah iman gətirməyənlərə sevgisizliyi dünyada və axirətdə nankorluqlarının və iman gətirməmələrinin əvəzi olaraq verir. Bu insanlar həqiqi mənada nə sevirlər, nə də sevilirlər. Allaha şərik qoşaraq yaşadıqları sevgi isə həqiqi sevgi deyildir və onlara daima ümidsizlik, bədbəxtlik və kədər gətirir.

Allahın Quranda bildirdiyi kimi, tənhalıq və dostsuzluq cəhənnəmə xas olan xüsusiyyətdir:

«Çünki o, böyük olan Allaha inanmırdı. O, yoxsulu yedirtməyə rəğbət oyatmırdı. Bu gün bax, burda onun yaxın bir dostu yoxdur» («Haqqa» surəsi, 33-35)

Bütün insanlara bir Yaradacının var olduğu və insanların öldükdən sonra bütün etdiklərindən hesaba çəkiləcəyini izah etmək lazımdır. Allah sevgisinə bağlı olaraq cəmiyyətlərdə insan sevgisi də yayılacaq və bu tip əxlaqsız hadisələr heç vaxt yaşanmayacaq.