Boykot edərək soyqırım dayandırılmır

Məzlum Fələstin xalqını xilas etmək üçün passiv həll üsulları əvəzinə həqiqi yollar ortaya qoymaq vacibdir. Qınamalar, boykotlar və s. bunlar passiv həll yollarıdır. Məhsulu boykot etməklə və davamlı qınamalarla soyqırım dayandırılmaz. Bunun əvəzinə Türk və İslam aləminin birləşməyini istəmək lazımdır. Türk-İslam Birliyi hər yerdə həmişə gündəmdə tutulsa bunun boykotdan və qınamalardan daha tez təsiri olacaq. Misirdəki jurnalistdən Malayziyadakı market sahibinə, Mərakeşdəki tələbədən Qazaxıstandakı taksi şoferinə qədər hər kəs bir ağızdan israrla “Müsəlmanlar birləşməlidir” deyilsə İslam dalğa-dalğa yayılar və bütün problemlər qısa vaxtda həqiqi həllinə qovuşar. Dünyanın hər yerindəki müsəlmanların şiddətə və zülmə məruz qalmasının səbəbinin müsəlmanların parçalanması olduğu unudulmamalıdır. Bölünmək bədbəxtlik gətirirsə, demək xoşbəxtlik bunun əksini etməkdə, yəni birləşməkdədir.