Boşanan qadını atıb getməklə onu himayəsiz və köməksiz buraxmaq Quranda qadağan edilmişdir. Boşanandan sonra qadın istər varlı olsun, istər olmasın, mütləq maddi yöndən qorunmalıdır. Bunu təmin etmək boşandığı ərinin vəzifəsidir.
Quranda boşanan qadının maddi yöndən qorunmalı olduğunu göstərən ayələr bunlardır:
“Boşanmış qadınlara müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır (Bu,) müttəqilər üçün bir borcdur.” (Bəqərə surəsi, 241)
“…Onlara müvafiq qayda üzrə yaxşılıq edin. Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində. (Bu isə) yaxşılıq edənlər üçün bir borcdur.” (Bəqərə surəsi, 236)
“Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir.” (Talaq surəsi, 7)
Ayələrdə göründüyü kimi, varlı olan da, olmayan da boşandığı qadını qorumalıdır. Həyatı boyu o adamı heç görməsə də və maddi-mənəvi heç bir mənfəət əldə etməsə də, boşandığı həyat yoldaşını maddi mənada qorumalı, ona nəzakətlə davranmalıdır. Uca Rəbbimiz qadınlara maddi güvənliyin mütləq könül xoşluğu ilə və istəyərək edilməli olduğunu ayələrdə belə xəbər verir:
“Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!” (Nisa surəsi, 4)

