Boş və lüzumsuz şeylərdən üz çevirmək

Möminlər boş və mənasız danışıqlara məhəl qoymadıqları kimi, axirətləri üçün heç bir faydası

Möminlər boş və mənasız danışıqlara məhəl qoymadıqları kimi, axirətləri üçün heç bir faydası olmayan, hətta onlara zərər verəcək boş işlərə də vaxtlarını sərf etməzlər. Möminlərin bu xüsusiyyəti ayədə belə bildirilir:

“Onlar lağlağıdan tamamilə üz döndərənlərdir”. (Muminun surəsi, 3)

Allahın rizasının nəzərə alınmadığı hər bir iş Quranda bildirilən həmin lüzumsuz işlərə aiddir. İnsan hətta Quranda əmr edilən ən mühüm ibadəti də Allahın rizasından kənar, vərdiş olduğu və həmin anda ona asan gəldiyi üçün, əsas, lakin ona çətin olan bir işdən yaxa qurtarmaq üçün və ya hamının etdiyi bir iş kimi edərsə, bu, lüzumsuz ola bilər.

Möminlərin Quranda müəyyən edilmiş və gündəlik həyatında yerinə yetirəcəkləri müxtəlif fərz ibadətləri var. Bunların xaricində qalan vaxtını mömin İslam üçün ən faydalı, Allahın ən çox razı qalacağı işlərlə məşğul olmağa, özünü həmin işlərdən maksimum faydalanacaq şəkildə inkişaf etdirməyə sərf etməlidir.

Kəşf etdikləri əhəmiyyəti baxımından yerinə yetirilən işlərin ardıcıllığına fikir verilməlidir. Müəyyən vaxtlarda yerinə yetirilməli işlərin başqa vaxta təxirə salınması və vaxt itkisinə səbəb ola bilər. Çünki həmin işlər ola bilsin ki, o anda ən zəruri və əsas olan işlərdir. Bütün bu səbəblərdən mömin cahillərin bütün həyatı boyunca vaxt sərf etdikləri boş işlərlə maraqlanmamağı, yerinə yetirdiyi saleh əməllərə nəfsinin qarışmamasına, hər zaman Allah rizasının daha çox qazanmasına səbəb olan işləri üstün tutmağa diqqət yetirməlidir.