Boş və faydasız şeylərdən uzaqlaşmaq necə olur?

faydasız”dır?

“Boş və faydasız işlərdən üz döndərmək” insanın yalnız Allahın rızasını qazanacağı davranışlar sərgiləməsi ilə mümkün olar. Mömin dünyada özünə verilən vaxtı çox səmərəli dəyərləndirməli olduğunu bilir. Çünki bu dünyada gördüyü işlərin nəticəsində axirətdə sonsuza qədər qalacağı yer müəyyənləşəcəkdir. Bu səbəbdən hər əməli ilə axirətə yönəlmiş bir xeyir qazanmağa çalışır. Əlbəttə, hər kəs kimi o da danışır, əylənir, yemək yeyir, gülür, düşünür, çalışır, lakin bunları edərkən ağlında həmişə insanlara və dinə fayda verəcək xeyirli düşüncələr olur.

Bundan əlavə, onun hər bir hərəkəti müəyyən məqsədə söykənir. Daim özünə Allahın məmnuniyyətini ən çox qazandıracaq işə yönəlir. Bu mövzuya belə nümunə verə bilərik: Avtomobil mühərriklərinin gücü haqqında söhbət etmək hər kəsin edə biləcəyi bir şeydir. Ancaq bir mömin görməli olduğu daha vacib işləri varkən, saatlarla bu mövzu ətrafında danışmaz. Eyni şəkildə, bir mömin yanında Allahın dinini təbliğ edə biləcəyi bir insan varkən, onunla uzun müddət bir idman yarışında hansı tərəfin qalib gələcəyi barədə müzakirə aparmaz. Çünki həmin anda vacib olan məsələ o şəxsin Allahın varlığını, əzəmətini, cənnətə layiq olmaq və cəhənnəmdən qorunmaq üçün nələr etməli olduğunu öyrənməsidir.

Qısacası, mömin dinin və müsəlmanların mənafeyinə aid olmayan mövzularda nə uzun-uzadı söhbətlərə dalar, nə də bu işlərə gərəyindən artıq vaxt ayırar. Dünya ilə bağlı hər bir məsələdə düzgün seçim edərək zamanını çox səmərəli keçirər. İçində olduğu anda nəyin “boş iş”, nəyin isə faydalı olduğunu vicdanını və ağlını istifadə edərək ayırd edər və bu məsələdə güzəştə getməz. Quranda bir möminin “boş söz”lə qarşılaşdığı zamankı rəftarı belə xəbər verilir:

Onlar boş söz eşitdikləri zaman ondan üz çevirər və: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. Sizə salam olsun! Biz cahilləri (özümüzə dost tutmaq) istəmirik”, – deyərlər. (Qəsas surəsi, 55)