İslam düşmənləri müsəlmanlar arasında etnik və dini ayrılıq çıxarmağa çalışırlar. Düşmən üçün şiə-sünni deyə bir ayrı-seçkilik yoxdur”.
Eyni Allaha, Kitaba və Peyğəmbərə inanan, dini, qibləsi bir olan, eyni məsciddə namaz qılan müsəlmanlar hansı fikirdən, hansı məzhəbdən, hansı qrupdan olursa-olsun, ancaq qardaşdır. Bir-birilərinə düşmən olmalarını Allah haram buyurmuşdur. Belə bir düşmənçiliklə bir-birilərinin öldürmələri isə qarşılığı sonsuz Cəhənnəm əzabı olan qorxunc bir fəlakətdir.
Bu gün müsəlmanların başına gələn fəlakətlərin səbəbi Allahın əmrinə zidd olaraq ayrılıq və ixtilaf içində olmalarıdır. Yeganə qurtuluşları isə bu haramı tərk edib sevgi və qardaşlıq telləri ilə birləşərək tək vücud olmalarıdır.
